Yuxarı

Onların hərbi xidməti qısamüddətli və maaşlı olsun

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onların hərbi xidməti qısamüddətli və maaşlı olsun

Azərbaycanda tibb fakültəsi məzunlarının hərbi xidmətinin qısamüddətli, maaşlı və ixtisaslarına uyğun təşkil olunması təklif edilib.

Axar.az xəbər verir ki, bu təkliflə deputat Rəşad Mahmudov Milli Məclisin plenar iclasında çıxış edib.

Deputat qeyd edib ki, tibb fakültəsi məzunlarının hamı kimi hərbi xidmətə cəlb olunması onların şəxsi karyerasına və səhiyyə sisteminin davamlılığına təsir göstərir:

"Hesab edirəm ki, biz Türkiyədəki, İsraildəki, Cənubi Koreyadakı yeni yanaşmaları tətbiq etməliyik. Buradakı yanaşma odur ki, tibb fakültəsi məzunlarının hərbi xidməti qısamüddətli, maaşlı və ixtisaslarına uyğun təşkil olunur. Məqsəd kiməsə güzəşt etmək deyil, dövlətin ehtiyaclarını daha ağıllı şəkildə qarşılamaqdır. Bunun sayəsində ordu real tibbi xidmət qazanacaq, dövlət isə kadr itirməyəcək".

Tarix
2025.12.23 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə

Deputatdan pensiya və maaş artımı ilə bağlı açıqlama

YAP-ın VIII Qurultayı keçirildi, İlham Əliyev çıxış etdi

YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı - Yenilik

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla