Yuxarı

Quru sərhədlərin aprelə qədər açılması... - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quru sərhədlərin aprelə qədər açılması... - Deputat

Azərbaycanda karantin rejiminin növbəti dəfə uzadılması səbəbindən quru sərhədlərin 2026-cı ilin aprel ayınadək açılması ehtimalı yoxdur. Bununla belə, müəyyən istisnalar ola bilər.

Bu sözləri Axar.az-a millət vəkili Arzuxan Əlizadə quru sərhədlərin açılması imkanları haqda danışarkən deyib.

Deputat bildirib ki, quru sərhədlərin uzun müddət bağlı qalması turizm sektoruna, iqtisadi imkanlara və vətəndaşların sərbəst gediş-gəliş hüquqlarına ciddi təsir göstərir:

“Xüsusilə də aviabilet qiymətlərinin bir çox vətəndaş üçün əlçatan olmaması problemi daha da dərinləşdirir.

Quru sərhədlərin bağlı saxlanılması artıq epidemioloji səbəblərlə deyil, daha çox dövlət təhlükəsizliyi amilləri ilə bağlıdır. Hazırda mövcud olan xarici təhdidlər nəzərə alındıqda, dövlət təhlükəsizliyi bütün digər məsələlərdən üstün tutulur. Dövlət qurumlarının bu məsələdə cəmiyyətə açıqlanmayan kifayət qədər geniş informasiyası mövcuddur və məhz bu səbəbdən qəbul edilən qərarlar dövlət maraqları baxımından anlayışla qarşılanmalıdır”.

Bununla yanaşı, deputat karantin rejiminin təhlükəsizliklə bağlı narahatlıqlar aradan qalxan kimi ləğv edilə biləcəyini də vurğulayıb.

Tarix
2025.12.24 / 09:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla