Yuxarı

Yardımlıda həkimlərin qurultayı keçirildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yardımlıda həkimlərin qurultayı keçirildi - Video

Yardımlı rayonunda TƏBİB-in yaradılmasının 7-ci ildönümünə həsr edilən "Doğma Torpağa Dəstək - Yardımlı Həkimlərinin Qurultayı" baş tutub.

Axar.az xəbər verir ki, tədbirin əsas məqsədi Yardımlı rayonu kimi dağlıq və ucqar regionda səhiyyə sahəsində mövcud problemlərin müzakirə olunması, gələcək planlar və təcrübə mübadiləsinin həyata keçirilməsi olub.

Tədbirdə müxtəlif tibb müəssisələrində fəaliyyət göstərən 30-dan çox həkim və Yardımlı Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən həkimlər iştirak edib.

Tədbirin rəsmi hissəsində Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Miramil Səmədli rayon haqqında ümumi məlumat verib, region səhiyyəsində görülən işlər və qarşıya qoyulan hədəflər haqqında danışıb.

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Ravil Qənbərov "Regional səhiyyənin inkişafı üçün Yardımlı Modeli" adlı yeni bir konsepsiyadan bəhs edib. Bu model bilik və təcrübə mərkəzinin yaradılmasını, mentorluq sisteminin qurulmasını və xeyriyyə fondunun formalaşdırılmasını nəzərdə tutulur.

R.Qənbərov həmçinin son 1 ildə görülən işlər, yeniliklər və gələcək planlar barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Yardımlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi və digər nüfuzlu həkimlər çıxış ediblər.

Tədbirin gələcək illərdə də mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Tarix
2025.12.23 / 23:05
Müəllif
Axar.az
Digər xəbərlər

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla