Yuxarı

Təltif olunanlar arasında Fred Asifin oğlu da var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təltif olunanlar arasında Fred Asifin oğlu da var

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, onlar arasında bir sıra tanınmış idmançılar da var.

Bunlardan biri də Mövlud Mirəliyevdir. Cüdo üzrə olimpiya və dünya mükafatçısı, DİN İdman Cəmiyyətinin sədri, polkovnik-leytenant Mövlud Mirəliyevə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.

Eyni fəxri ada layiq görülənlərdən biri də sabiq şahmatçı İlahə Qədimovadır. Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi 2021-ci ildən bu vəzifəni icra edir.

Prezidentin fərdi təqaüdü verilən Tərlan Həsənov isə Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindəndir. Tərlan Həsənov 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə Əməkdar məşqçi adına layiq görülüb. O, son Olimpiya çempionu Hidayət Heydərovun müəllimidir.

Tərlan Həsənovla yanaşı, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev də Prezidentin fərdi təqaüdünü alacaq. 68 yaşlı sabiq FİFA referesi futbolçu kimi 1977-1984-cü illər ərzində “Neftçi”nin heyətində 201 oyun keçirib.

Təltif olunanlar arasında Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov da var. 48 yaşlı armrestlinq (qol güləşi) üzrə usta idmançı "Tərəqqi" medalına layiq görülüb. O, bir sıra beynəlxalq yarışların qalibi olub.

Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov da eyni medala layiq görülənlər sırasındadır. Eyni zamanda DİN-in polkovnik-leytenantı olan məşhur idmançı dəfələrlə kikboksinq üzrə beynəlxalq yarışların qalibi olub.

Tarix
2025.12.25 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı

Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı

AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...

Azərbaycandan alırıq, qalır satmaq...

ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...

Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?

Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi

Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir

Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama

İlham Əliyevin İrana səfəri planlaşdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla