Yuxarı

“Meqastor”da müdir işdən qanunsuz çıxarıldı... - Məhkəmə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Meqastor”da müdir işdən qanunsuz çıxarıldı... - Məhkəmə

Promart MMC-yə daxil olan “Meqastor” (Megastore) mağazalar şəbəkəsində çalışan filial müdirinin işdən çıxarılması qanunsuz hesab edilib.

Axar.az Teleqraf-a istiandən xəbər verir ki, “Meqastor” mağazalar şəbəkəsinin “Saray” filialında mağaza müdiri vəzifəsində çalışan xanım səhhətində yaranan problemlərlə əlaqədar öz ərizəsi ilə işdən azad olunmaq üçün şirkət rəhbərliyinə müraciət edib. O, tibbi arayış alaraq sənədləri şirkətə təqdim edib.

Lakin şirkət rəhbərliyi əməkdaşın müraciətini qəbul etməyib və filialda audit yoxlaması aparılacağını bildirib. Audit zamanı filialda 10 min manat məbləğində kəsir aşkar edildiyi iddia olunub.

Şirkət rəhbərliyi mağaza müdirindən sözügedən məbləğin ödənilməsini tələb edib, əks halda onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv ediləcəyi bildirilib.

Xanım əməkdaş isə uzun illər ərzində şirkətdə çalışdığını, indiyədək aparılan heç bir yoxlama zamanı kəsir aşkar olunmadığını və vəzifə öhdəliklərini qüsursuz yerinə yetirdiyini qeyd edib.

Nəticədə Promart MMC tərəfindən mağaza müdirindən 10 min manatın tutulması mümkün olmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilib.

Bununla razılaşmayan xanım məhkəməyə müraciət edib. Məhkəmə araşdırması zamanı şirkətin qanunsuz hərəkətləri sübuta yetirilib.

Məhkəmənin qərarına əsasən, Promart MMC-nin əməkdaşın işdən çıxarılması ilə bağlı əmri etibarsız hesab edilib. Əmək və Məşğulluq Altsistemində (ƏMAS) iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə qeydiyyat sistemdən silinib.

Tarix
2025.12.25 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı

Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı

AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...

Azərbaycandan alırıq, qalır satmaq...

ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...

Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?

Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi

Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir

Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla