Yuxarı

AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...

Rusiya tərəfi AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yekun sənəddə Ukraynanın adının günahkarlar sırasında yer almasına çalışır. Bu isə çoxtərəfli komissiyanın yekun hesabatının hazırlanmasını faktiki olaraq mümkünsüz edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Məmmədov Rusiya Prezidenti Vladimir Putinin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı verdiyi vədlərin yerinə yetirilməməsinin səbəblərindən danışarkən deyib.

Politoloqun sözlərinə görə, Vladimir Putin bu hadisə ilə bağlı məlumat verərkən Ukraynanın adını çəkib və bu, siyasi bəyanat xarakteri daşıyıb:

“Bu, birtərəfli siyasi mövqedir. Lakin bu mövqeni çoxtərəfli istintaq komissiyasının yekun sənədinə salmaq, düşünürəm ki, mümkün deyil. Məhz buna görə Rusiya öz vədlərini yerinə yetirməyə tələsmir və böyük ehtimalla yekun sənəd hələ də ortaya çıxmır”.

F.Məmmədov qeyd edib ki, kompensasiya məsələsi də birbaşa yekun hesabatdan asılıdır:

“Əgər yekun sənəddə konkret günahkar tərəf müəyyənləşdirilərsə, həmin tərəf könüllü şəkildə təzminat ödəməlidir. Əks halda, bu hesabat beynəlxalq məhkəmələrə müraciət üçün hüquqi baza rolunu oynayır. Burada iki səviyyə var: dövlətlərarası məhkəmələr, çünki AZAL Azərbaycan dövlətinə məxsus şirkətdir, həmçinin həlak olanların ailələri və yaralananlar tərəfindən fərdi və ya kollektiv iddialar.

Əgər Rusiya bu prosesin beynəlmiləlləşməsini istəmirsə, hesabat dərc olunan kimi konkret addımlar atmalıdır”.

Ekspertin fikrincə, son bir ildə Azərbaycan–Rusiya münasibətləri ciddi transformasiyaya uğrayıb və Moskva bu prosesin dayanmasında maraqlı görünmür:

“Rusiyanın bu müddət ərzində sərgilədiyi mövqe münasibətlərin hətta aşınma mərhələsinə keçməsinə səbəb olub. Bunun nəticəsi olaraq Rusiyanın Azərbaycandakı yumşaq güc infrastrukturu – Rus Evi, “Sputnik” kimi platformalar fəaliyyətini dayandırdı”.

Tarix
2025.12.25 / 14:46
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı

Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı

Azərbaycandan alırıq, qalır satmaq...

ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...

Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?

Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi

Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir

Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama

İlham Əliyevin İrana səfəri planlaşdırılır

Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla