Yuxarı

Adi ipotekalar niyə dayanıb? – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adi ipotekalar niyə dayanıb? – Ekspert

İpoteka kreditləşməsinin sosial əhəmiyyətini nəzərə alaraq, adi ipoteka kreditlərinin bərpası çox vacibdir.

Axar.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, 2016-ci ilin ilk yarısında cəmi 22 adi ipoteka krediti verilib. Birinci rübdə 18 vətəndaşımız kredit ala bilsə də, ikinci rübdə cəmi 4 nəfər ev problemini bu yolla həll edib:

"Sosial ipoteka kreditlərindən faydalananlar isə ilk 6 ayda 236 mənzil ala biliblər. Göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən sosial ipoteka kreditlərinin verilməsi qrafik üzrə getsə də, adi ipoteka kreditlərinin verilməsi tormozlanıb. Adi ipoteka kreditləri üçün əsas maliyyə mənbəyi kimi çıxış edən istiqrazların yerləşdirilməsi isə fond tərəfindən ötən ilin dekabrında baş verib. İstiqrazlar yerləşdirilmədiyi üçün adi ipoteka kreditlərinin verilməsi üçün Fond pul tapa bilməyib.

Fondun əsasnaməsinin təsdiq edilməməsi də onun fəaliyyətinin genişləndirilməsinə imkan vermir. İpoteka kreditləşməsinin sosial əhəmiyyətini nəzərə alaraq adi ipoteka kreditlərinin bərpası çox vacibdir.

Təəssüf ki, ilin bitməsinə 5 aydan az vaxtın qalmasına baxmayaraq, hələlik kreditləşmə bərpa edilməyib. Bu arada İpoteka Fondunun hesabatından bəlli olur ki, fondun ən çox güvəndiyi bank bu yaxınlarda müflis elan edilən "Zamin Bank" olub. İndiyədək Fondun dəstəyi ilə 1631 ipoteka kreditini maliyyələşdirən "Zamin Bank" bank sektorunda artıq olmasa belə, nə qədər qəribə olsa da, ipoteka kreditləşməsində liderdir. 2006-cı ildə bəri maliyyələşdirilmiş 17,997 ipoteka kreditinin 13,204-u Bakının payına düşüb. Xanlar, Oğuz, Balakən, Sabirabad, Ucar, Ağcabədi, Salyan və Şərur rayonları isə 10 ildə cəmi 1 dəfə ipoteka krediti ala biliblər. Bu isə ipoteka kreditləri paylaşdırılan zaman regional balansın gözlənilmədiyindən xəbər verir. Hətta rəsmi rəqəmlər də göstərir ki, Fond qısa zamanda adi ipoteka kreditlərinin bərpa edilməsi üçün yeni maliyyə mənbələri axtarmalıdır".

Tarix
2016.08.11 / 00:23
Müəllif
Hacı Qulu
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla