Yuxarı

Tibb bacısını evə çağıranların nəzərinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tibb bacısını evə çağıranların nəzərinə!

TƏBİB tibb bacılarının evlərə iynə vurmaq üçün çağırılmamasına dair çağırış edib. Lakin elə hallar yarana bilər ki, xəstəni vaxtında həkimə və ya təcili tibbi yardıma çatdırmaq mümkün olmasın və tibb bacısının müdaxiləsinə ehtiyac yaransın. Belə bir vəziyyətdə xəstə vəfat edərsə, məsuliyyət tibb bacısının üzərinə düşür, yoxsa onu çağıran vətəndaş cavabdeh sayılır?

Axar.az xəbər verir ki, TƏBİB-dən Mətbuat.az-a tibbi müdaxilələrin yalnız rəsmi səhiyyə müəssisələrində və ixtisaslı həkim göstərişi əsasında həyata keçirilməsinin tövsiyə olunduğu bildirilib. Qeyd olunub ki, təhlükəsizliyin və hüquqi məsuliyyətin təmin olunması baxımından bu, həm vətəndaş, həm də tibb işçisi üçün daha doğrudur:

“Tibb bacısının əsas vəzifəsi həkim göstərişinin yerinə yetirilməsidir, xüsusilə də inyeksiya və ya infuziya kimi müdaxilələr yalnız həkim təyinatı əsasında və tibbi nəzarət altında aparılmalıdır. Ev şəraiti isə nə infrastruktur, nə də təhlükəsizlik baxımından tibbi müəssisəni əvəz edə bilmir. Belə hallarda ağırlaşma, məsələn, anafilaktik şok - riski var və bu, pasiyentin həyatı üçün təhlükə yarada bilər. Nə beynəlxalq təcrübədə, nə də yerli normativlərdə tibb bacısının evdə müstəqil tibbi müdaxilə göstərməsi tövsiyə olunmur”.

Açıqlamada qeyd olunub ki, əgər tibb bacısı ev şəraitində, həkim göstərişi və nəzarəti olmadan, qanuni əsas olmadan tibbi müdaxilə edərsə və bu, mənfi nəticələnərsə (xəstənin vəziyyətinin pisləşməsi və ya vəfatı), bu zaman məsuliyyət həm onu dəvət edən şəxsə, həm də xidməti yerinə yetirən tibbi işçiyə aid edilə bilər. Hüquqi qiymət konkret hadisənin araşdırılması zamanı hüquq-mühafizə orqanları tərəfindən verilir.

Tarix
2025.12.27 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla