Yuxarı

Avropanın qadağa qoyduğu içki

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropanın qadağa qoyduğu içki

Məlum olduğu kimi, Azərbaycanda bu il yanvarın 1-dən etibarən spirtli içkilərin nağd qaydada satışı qadağan edilmişdi. Bu isə ciddi narazılıq yaratmışdı. Amma indi yay fəsli olduğu üçün insanların spirtli içki tələbatı da artıb. Amma içkidən zəhərlənmələr, içki üstündə düşən davalar, adam yaralamalar və sair kriminal hadisələri nəzərə alanda içki yasağının qoyulmasının vacibliyinə inanırsan.

18, yoxsa 21 yaş?

Dünyanın demokratik, qanunun aliliyinin qorunduğu ölkələrində spirtli içki yasağı geniş yayılıb. Ümumiyyətlə, bəzi ölkələrdə bu içkilərə meylin azaldılması üçün onun əldə edilməsinə ciddi əngəllər yaradılır. Məsələn, İsveç, İrlandiya, İngiltərə, Finlandiya, Litva, Norveç, Hollandiya kimi ölkələrdə spirtli içkilərə yüksək vergilər qoyulur. Bundan başqa, onun istehlakında yaş senzi, spirt dərəcəsini azaltma kimi ciddi məhdudlaşdırmalar da var.

Danimarka, İtaliya və İspaniyada beynəlxalq bir strategiya sənədi olmasa da, gənclərlə bağlı tədbirlərdə, məsələn, konsert və idman yarışlarında spirtli içkinin satışı qadağan edilib.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə nümayəndəsi Lars Moller bildirib ki, Avropa ölkələrində xüsusən gənclər tərəfindən spirtli içki istifadəsinin qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilir: "Avropa bölgəsində alkoqollu içkidən istifadə etmək və satın almaq üçün gənclər 18 yaşını bitirməlidir. Amerikada isə alkoqoldan istifadə yaşı 21-dir. İsveç, Norveç, Danimarka kimi bir çox ölkə alkoqollu içki istifadə yaşının artırılmasını düşünür".

Məsələn, 90-cı illərin sonunda Hindistanda istənilən spirtli içki reklamı qadağan edilmişdi. Hətta üzərində spirtli içki simvolunu daşıyan istənilən reklama yol verilmirdi.

Mağazalara qəsdən uşaqları göndərir, onlara spirtli içki satanları cəzalandırırlar...

İsveçrədə 18 yaşından kiçik gənclərə spirtli içki satılmır. Orada bu qadağaların nə dərəcədə həyata keçirildiyini yoxlamaq üçün bir sistem inkişaf etdirilib. Xüsusi olaraq seçilmiş 18 yaşından kiçik gənclər spirtli içki almağa çalışır və bu gənclərə içki satan mağaza sahibləri cəzalandırılır, cərimə ödədilir və bundan sonra onların spirtli içki satması qadağan edilir.

Avropadakı bir çox ölkədə spirtli içki satışı universitetlərin yataqxanası və məktəblərdə qadağandır. Bununla yanaşı, məktəblərin yaxınlığında yerləşən market, kafe və restoranlarda da spirtli içki satışına icazə verilmir.

Bəzi saatlarda içki içmək olar, bəzilərində isə yox

Keçək ayrı-ayrı ölkələrdəki sistemlərə. Məsələn, Fransanın Strasburq şəhərində saat 21.00-dan saat 05.00-a qədər küçələrdə spirtli içki içmək qadağandır. Bu, bələdiyyə məclisinin 2012-ci ildəki məlum qərarından sonra belədir. Bundan başqa, Eyfel qülləsinin Champs-de-Mars sahəsində və Saint-Martin kanalı ətrafında spirtli içkidən istifadə 2011-ci ildən bəri qadağandır. Bununla yanaşı, Dijon ve Toulouse, Langres ve Quimper şəhərlərində gecə spirtli içkidən istifadə də qadağan edilib. Qadağa saat 15.00 ilə saat 03.00 arasında tətbiq edilir. Alkoqollu içkilərdən xəstəxana yaxınlığında, məktəb, industriya sahələrində, qocalar evində istifadə qadağan edilib.

2015-ci ildə Fransanın şimalında axşam saat 20:00-dan sonra spirtli içkilərin satışı və ictimai yerlərdə istehlakı qadağan olunub. Fransanın Şimal Bölgəsi İcra Hakimiyyəti qadağa ilə bağlı açıqlama verib.

"Şiddət ehtiva edən aksiyaların keçirilməsinə səbəb olduğu üçün axşam saat 20:00-dan səhər saat 08:00-a kimi, içki satışı və ictimai yerlərdə istehlakı qadağan olunub. Qadağaya riayət edilmədiyi təqdirdə 150 avro pul cəriməsi tətbiq olunacaqdır" .

İçkini necə saatlara bölüblər?

Adama elə gəlir ki, şaxtanın və milli xüsusiyyələrin təsiri nəticəsində ruslar səhər-axşam içki içirlər. Amma bu ölkədə spirtli içkidən zəhərlənərək ölənlərin sayı ildə 40 minə yaxındır. Məhz bu statistika açıqlanandan və spirtli içkiyə başlama yaşı 14-ə çatandan sonra ölkədə sərt tədbirlər görülməyə başlandı. Saat 22.00-dan səhər saat 07.00-a qədər marketlərdə içki satışı yasaqlandı və həmin müddətdə ictimaiyyətə açıq yerlərdə içkidən istifadəyə qadağa qoyuldu. Rusiyada sərxoş vəziyyətdə maşın sürənləri 2 ilə qədər həbs cəzası gözləyir və hazırda bunu 15 ilə qədər artırmağı düşünürlər.

Finlandiyaya keçək. Burada 18.00-9.00 saatları arası spirtli içki satılmır. Cümə günləri 20.00-a qədər satış mümkündür. Bazar günləri isə finlandlar heç yerdən alkoqollu içki ala bilmir.

Norveç: Bazar ertəsi-çərşənbə: 10.00-17.00,

Cümə axşamı-cümə: 10.00- 18.00,

Şənbə: 10.00- 15.00 saatlarında mağazalarda spirtli içki almaq olar. Bazar günləri isə heç bir mağaza spirtli içki satmır.

İngiltərə: Burada da küçədə içki içmək qadağandır. Dövlətə aid kanallarda spirtli içki reklamı da qadağandır.

İsrail: Bar və restoranlar xaricində 23.00-06.00 saatları arasında içki satışı yasaqdır.

İsveç: 19.00-10.00 arasında satışa icazə yoxdur. Şənbə günü saat 15.00-ə qədər satış baş tutur. Bazar günü isə ümumən spirtli içki satışı yoxdur.

İsveçrə: Gecə 22.00-06.00 saatları arasında market və kafelərdə spirtli içki satışı gerçəkləşdirilmir.

Almaniya: Küçədə içki içənlərə pul cəzası tətbiq olunur. Bundan başqa, ölkənin bəzi bölgələrində gecə saatlarında içki satışı qadağan edilib.

Kanada: Ontario əyalətində 09.00-22.00 arasında spirtli içkinin satışına icazə var. Bazar günü isə bu satış 11.00-18.00 saatlarında baş tutur. Kanadada pivə xaricində bütün spirtli içkilər dövlətin nəzarətindədir. Satış saatları hansısa qanunla yox, dövlətin sahib olduğu dükanların açıq olduğu saatlarla məhdudlaşdırılıb. Mərkəzi hissədə yerləşən mağazalar isə 1-2 saat artıq açıq qala bilir. Kanada və Amerikada spirtli içki satışı ilə bağlı qaydalar ştatlardan asılı olaraq dəyişir.

ABŞ: Nyu Yorkda pivə sutkanın 24 saatı satılır. Yüksək dərəcəli içkilər bazar ertəsi, şənbə günləri 09.00-24.00 arası satılır. Bazar günləri isə satış saatları 09.00-21.00-dur.

Amerikada spirtli içki satışı məsələsində hər ştatın öz qanunları var. Hətta eyni əyalətdəki fərqli şəhərlərdə fərqli qaydalar özünü göstərir.

İranda içdinsə... qamçıya və ölüm hökmünə hazır ol

İranda spirtli içki qeyri-leqal yollarla satılır və içilir. Belə ki, İranda sürücülərin 26%-i sərxoş vəziyyətdə yaxalanır. Bir iranlının içki tapıb alması isə təxminən 17 dəqiqə çəkir. Polis hesabatlarına görə, keçən il içki miqdarı əvvəlki illərə nisbətən 69 faiz artıb. Xaricdən içki ala bilməyən iranlılar onu evlərində hazırlayırlar. Viski, vodka, likör, şərab kimi içkiləri hazırlayanlar tez-tez sağlamlıqla bağlı problemlər də yaşayırlar. İçki içən adam birinci dəfə saxlanılarsa - 80 qamçı, üçüncü dəfəsində isə edamla cəzalandırılır. Haqqında ölüm hökmü çıxarılan şəxs tövbə edərsə, edam qamçı ilə əvəz oluna bilər.

Musavat.com

Tarix
2016.08.11 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Edqars Rinkeviçsin Azərbaycana səfəri başa çatdı

Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...

ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla