Yuxarı

İsveçrə Azərbaycana turist göndərir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveçrə Azərbaycana turist göndərir

Məşhur "Aldi" şirkətinin İsveçrə filialı Azərbaycana qısamüddətli turların satışına başlayıb.

Report xəbər verir ki, şirkət 2016-cı ilin sentyabr və oktyabr ayları üçün İsveçrədən Azərbaycana beşgünlük səfər təklif edir.

Turpaketin qiyməti təxminən 800 dollardır. Səfər proqramına təyyarə bileti və yüksək səviyyəli hoteldə yerləşdirilmə, eləcə də Bakı və paytaxt ətrafının görməli yerlərinə, o cümlədən Qobustan, Atəşgah və Yanardağa ekskursiya, Bakı buxtasında gəmi ilə səyahət, eləcə də Heydər Əliyev Mərkəzinə ziyarət daxildir.

"Aldi" Azərbaycana əlverişli qiymətlərlə, "hər şey daxil" sistemi ilə ilk dəfə səfər təşkil edəcək və bununla da daha çox avropalı turistin cəlb olunması, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanlar açacaq.

Qeyd edək ki, "Aldi" şirkəti bir sıra ölkələrdə alman supermarketlər şəbəkəsi kimi məşhur olsa da, eyni zamanda turizm brokeri kimi də fəaliyyət göstərir. Adətən, şirkət Avropada və dünyada yaxşı tanınan kurort zonalarına turpaketlər satır. Bu pilot layihə də isveçrəliləri yeni və onlar üçün az tanınmış olan turizm bölgələrinə cəlb etmək üçün nəzərdə tutulub.

Tarix
2016.08.11 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla