Yuxarı

Birlikdən 20 uşağa xüsusi dəstək - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birlikdən 20 uşağa xüsusi dəstək - Foto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Regional inkişaf üzrə maarifləndirmə" ictimai birliyi tərəfindən həyata keçirilən "Sağlamlıq imkanları məhdud olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi layihəsinin icrası başa çatıb.

Birliyin sədri sədri, layihə rəhbəri Aynur Əliyevanın Teleqraf.com-a verdiyi məlumata görə, layihə dövründə Gəncə şəhərində 20 xüsusi qayğıya ehtiyacı olan uşaq üçün intensiv reabilitasiya məşğələləri təşkil edilib, onların valideynlərinə isə psixoloji və sosial-hüquqi reabilitasiya göstərilib.

Həyata keçirilmiş reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklər baş verib. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss edilib, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artıb, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranıb.

Ən əsası isə uşaq və yeniyetmələrdə yaradıcılığa təşəbbüs meylləri güclənib və onlarda əmək yönümlü peşələrə maraq artıb.

Layihənin icrası təşkilatın daxili resursları hesabına davam etdirilir.

Tarix
2016.08.11 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla