Yuxarı

Bakıda məşhur obyektin fəaliyyəti dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda məşhur obyektin fəaliyyəti dayandırıldı

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, "D" yaşayış sahəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Məğrur İsa oğlu Hüseynova məxsus "Kovan" ictimai iaşə müəssisəsində yoxlama aparılıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, baxış zamanı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən bildirçin, toyuq, balıq və mal ətləri aşkarlanıb.

Sahibkar sosial şəbəkələrdə yayımlanan video ilə bağlı verdiyi izahatda ov quşlarının satışının həyata keçirilmədiyini, həmin görüntülərin yalnız müştəri cəlb etmək məqsədilə reklam xarakteri daşıdığını bildirib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.

Tarix
2025.12.30 / 00:39
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla