Yuxarı

Bakı–Qahirə birbaşa aviareysi açılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı–Qahirə birbaşa aviareysi açılır

Bakı–Qahirə birbaşa aviareysinin açılması üzərində iş gedir.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsaməddin Effat Mustafa Reda deyib.

Diplomat bildirib ki, il ərzində Azərbaycandan Misirə 10 milyon nəfər də səyahət etsə, bu, yetərli deyil:

"Düşünürəm ki, biz daha çox şey təklif edə bilərik və siz də daha çox imkanlara maliksiniz. Arzum odur ki, azərbaycanlılar "Gəlin dünyanı kəşf edək" deyə düşündükdə Misir əsas istiqamətlərdən biri olsun. Eyni zamanda, istəyirəm ki, misirlilər üçün də Bakı gedilə bilən əsas şəhərlərdən biri kimi qəbul edilsin".

Səfir hazırda bu düşüncəni daha geniş şəkildə qəbul etdirə bilmək üçün çalışdıqlarını vurğulayıb:

"Biz artıq Şarm əş-Şeyxə birbaşa uçuşlara malikik, hazırda Azərbaycan hökuməti və bəzi özəl Misir şirkətləri ilə Bakı–Qahirə birbaşa aviareysinin açılması üzərində işləyirik. Bakı ilə Qahirənin birbaşa bağlantısı biznes ictimaiyyət, akademik dairələr, mədəniyyət və ümumilikdə, turizm deməkdir. Bizi daha da yaxınlaşdıracaq əsas məqam bu əlaqələrin qısa müddətli mədəni mübadilə proqramları və ticarət üçün şərait yaratmasıdır. Birbaşa uçuş olsa, səyahət xeyli asanlaşır".

Tarix
2025.12.30 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla