Yuxarı

Sürücülərə çağırış: Yollarda ehtiyatlı olun!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərə çağırış: Yollarda ehtiyatlı olun!

Bayram günlərində Dövlət Yol Polisi gücləndirilmiş formada xidmət aparır. Hazırda güclü küləklə əlaqədar yollarda yarana biləcək çətinliklərin qarşısının alınması məqsədilə, respublika əhəmiyyətli avtomobil yollarında qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sürücüləri ilə izahedici söhbətlər aparılır, qəza ehtimalı yüksək olan təhlükəli yol sahələrinə fasiləsiz nəzarət həyata keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, küləkli hava xüsusilə ikitəkərli, o cümlədən moped, motosiklet, skuter tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddi çətinliklər yaradır. Küləyin təsirindən bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi - aşma ehtimalı dəfələrlə artır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.

Baş Dövlət Yol Polisi İdarəsi səfərə hazırlaşan sürücülərə, yükdaşıma, eləcə də ikitəkərli nəqliyyat vasitələri ilə sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək, küləkli hava şəraitini nəzərə almağı, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir.

“Bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bütün hərəkət iştirakçılarını intizama dəvət edir, onlara təhlükəsiz yol arzulayırıq!”, - deyə müraciətdə qeyd olunub.

Tarix
2025.12.31 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla