Yuxarı

İqtisadiyyat naziri vətəndaşları qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqtisadiyyat naziri vətəndaşları qəbul etdi

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda Şirvan, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda 40-a yaxın vətəndaş müraciət edib.

Vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra müraciətlər yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər üzrə müraciətlərin icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması və mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq, ailə təsərrüfatlarının təşkili, ixracın dəstəklənməsi, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatına kredit limitinin ayrılması, sosial və s. məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbula gələn sahibkarlarla müzakirələr aparılıb, onların istixana, cins heyvandarlıq, əkinçilik, ailə fermer təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələrinin dəstəklənməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Sahibkarlar özəl sektorun inkişafı istiqamətində həyata keçirilən kompleks islahatlardan - lisenziyalaşdırma sisteminin sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, gömrük prosedurunun sadələşdirilməsi, investisiya təşviqi sənədinin tətbiqi və s. tədbirlərdən razılıqlarını ifadə ediblər.

Digər rayonlardan gəlmiş vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

Qəbul çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev güzəştli kreditlər hesabına reallaşdırılan Sabirabad Konserv Zavodu ASC-nin, "Sabirabad" istixana kompleksinin və digər ixracyönümlü layihələrin icrası ilə tanış olub.

Tarix
2016.08.12 / 15:43
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla