Yuxarı

Nazirlikdən dənizə çirkab suların axıdılmasına - Reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən dənizə çirkab suların axıdılmasına - Reaksiya

Avqustun 11-də musavat.com-un Hövsan qəsəbəsindəki Bağlar massivinə çirkab sularının axıdılması ilə bağlı hazırladığı materiala Ekologiya və Təbii Sərvətlər Nazirliyi münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Musavat.com-a bildirib ki, göndərdiyimiz sorğunu aldıqdan sonra dərhal məsələni araşdırıblar: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Hövsan qəsəbəsində çirkab sularının dənizə axıdılması ilə bağlı daxil olmuş şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı Hövsan qəsəbəsi, Bağlar massivi adlanan ərazidə fərdi yaşayış evlərində formalaşan çirkab sularının birbaşa Xəzər dənizinə axıdılması faktı öz təsdiqini tapıb.

Faktla bağlı əraziyə xidmət göstərən Suraxanı Su-Kanal İdarəsinin rəisi Əbulfəz Kərimzadə barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub. Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün Suraxanı Su-Kanal İdarəsinə icrası məcburi olan "Məcburi göstəriş" verilib".

Tarix
2016.08.12 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla