Yuxarı

İki il əvvəl itkin düşən şəxsin qətlə yetirildiyi məlum oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki il əvvəl itkin düşən şəxsin qətlə yetirildiyi məlum oldu

Xaçmazda iki əvvəl itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.

Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, Xaçmaz rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2023-cü ilin yanvar ayında itkin düşmüş Xaçmaz rayonu sakini, 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovun qəsdən öldürülməsi müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü Surəddin Həsənalıyevin aralarında yaranmış mübahisə zamanı Əmirəddin Əkbərovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi və cinayətin izlərini itirmək üçün meyiti basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Əmirəddin Əkbərovun meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Surəddin Həsənalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2026.01.05 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın sayəsində 100 milyon dollar qənaət edəcəyik

Çin Maduronun oğurlanmasından çox narahatdır

Prezidentin açıq mesajı: Nə ultimativ, nə müdafiə...

Xəzərin dibi ilə optik kabelin çəkilişi nə vaxt bitir?

ABŞ gücünü göstərdi: öz “kürəsini” təmizləyir

Vətən müharibəsi veteranı Ukraynada döyüşdə öldü

Əgər bunu istəyiriksə, islahatlara getməliyik - Prezident

Prezident işdən çıxarılan başçıdan danışdı

Bu idarəetmə modeli bütövlükdə ölkəyə tətbiq edilə bilər

İlham Əliyevdən məmurlara ciddi xəbərdarlıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla