Yuxarı

Oğrular mətbəxdə mürəbbə yeyib, evi yandırdılar - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğrular mətbəxdə mürəbbə yeyib, evi yandırdılar - Foto

Lənkəranda ikimərtəbəli evdə yanğın olub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə səhər saat 6-7 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus ikimərtəbəli, səkkizotaqlı fərdi yaşayış evində başlayan yanğın qısa zamanda ətrafa yayılıb. Hadisə yerinə FHN-in Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, alovun digər otaqlara keçməsinin qarşısı alınıb.

Ev sahibinin sözlərinə görə, yanğın baş verən vaxt ailənin 5 üzvü Bakı şəhərində olub. Yaxınlarının zəngi ilə hadisədən xəbər tutan ailə Lənkərana qayıdıb və evə baxış zamanı bəzi əşyaların yoxa çıxdığını aşkarlayıb. Ev sahibi iddia edir ki, naməlum şəxslər evə oğurluq məqsədilə daxil olub, hətta mətbəxdə mürəbbə yeyiblər və daha sonra evi yandırıblar. Vaxtında görülən tədbirlər nəticəsində evin tam yanmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, yanvarın 6-da Göyşaban kəndində yerləşən evlərin birindən oğurluq edilməsi və daha sonra həmin ünvanda yanğın hadisəsinin baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Hazırda müraciət üzrə Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, ev sahibinə təqribən 30 min manata yaxın ziyan dəyib. Faktla bağlı araşdırma davam etdirilir.

Tarix
2026.01.06 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

Diqqət: Azərbaycanlılar bu müharibəyə cəlb edilir

Sənan Şahbəndəyev işdən çıxarıldı

Prezident iki şəhərin adını çəkdi - Yeni paytaxt ola bilər?

İsrail bizi “keçi qiymətinə” Ərdoğana satdı...

Nurullayevlər Aygün və Nanəyə nə qədər ödəniş edib?

Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla