Yuxarı

Aprel döyüşlərində dağıdılan evlər - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aprel döyüşlərində dağıdılan evlər - Fotolar

Erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində Tərtər rayonunda dağılmış mülki əhaliyə məxsus evlərin bərpası davam etdirilir. Bərpa və təmir işləri Prezident İlham Əliyevin "Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılır.

Axar.az xəbər verir ki, zərər çəkmiş evlərdən 5-də bərpa, 15-də təmir işləri başa çatıb. Hazırda bir evin tikintisi, 3 evin bərpası, 3 evin təmiri davam etdirilir.

Tərtər şəhərində daha çox dağıntıya məruz qalmış Fikrət Əmirov küçəsində infrastruktur yenidən qurulub, küçənin elektrik, qaz xətləri yenidən çəkilib, divarlar aqlay daşı ilə üzlənib, yola yeni asfalt örtüyü döşənib.

Aprel ayında düşmənin atəşi nəticəsində Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdıqları 51 ev də zərər çəkib. Bu evlərin təmiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Qismən zərər çəkmiş 130 evə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən mal-material paylanıb.

Bərpa və təmir işlərinin tezliklə başa çatdırılacaq.

Tarix
2016.08.13 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla