Yuxarı

Qardaşımın pulunun mənə nə istisi var, nə soyuğu...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qardaşımın pulunun mənə nə istisi var, nə soyuğu...

Qardaşlarımla münasibətim heç vaxt isti olmayıb. Onlar siyasətdəki mövqeyimə görə mənə qarşı soyuq olublar.

Axar.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev "TV Müsavat"ın canlı efirində aparıcı Sevinc Telmanqızının təqdimatında “Canlı debat” verilişində qardaşı oğlunun dəbdəbəli toy mərasimi ilə bağlı müzakirələrdən danışarkən deyib.

Millət vəkili bildirib ki, qardaşları ilə çox da yaxın münasibəti yoxdur:

“Mən hər zaman səmimi danışmışam. İnsanlar bilsin ki, qardaşımın nəyi varsa, özünündür. Onun pulunun 1 manatının mənə nə istisi var, nə də soyuğu. Hər kəs özü üçün yaşayır. Qardaşımla münasibətlərim də heç vaxt isti olmayıb. Çünki mən həmişə müxalifətdə olmuşam, sərt danışmışam. İndi bir az konstruktivəm. Bu səbəbdən də qardaşlarımla münasibətim soyuq olub. Qardaşım Hasil və Hüseyn deyirdilər ki, sən müxaliflik edirsən.

Onu da deyim ki, qardaşım Hasil fanat dərəcədə Heydər Əliyevçi olub. Bu baxımdan məni həmişə danlayırdı ki, sən niyə müxalifətdəsən, sən iqtidarla yaxın olmalısan, nədən narazısan və s. Aramızdakı narazılıq buna görə olub. Lakin bütün hallarda biz qardaşıq, sadəcə siyasi baxışımız o zamanlar fərq yaradırdı”.

Tarix
2026.01.08 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Leyenlə təkbətək görüşdü

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

Buna görə Bakıdayam - Leyen

Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı - Foto

Azərbaycanın yəhudi icmalarından İsrailə çağırış

Batya qəfildən Çinə getdi - Putinlə görüşdə nə baş verib?

Prezident Luiza Arbura məktub ünvanladı

İlham Əliyev Somali prezidentini təbrik etdi

Dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu - Foto

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla