Yuxarı

Bu ixtisasların test balında dəyişiklik edildi - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ixtisasların test balında dəyişiklik edildi - Rəsmi

2026/2027-ci tədris ili üçün ali təhsil və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslarının müsabiqə şərtində (test balında) dəyişiklik edilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Dəyişikliyə görə, ixtisaslar üzrə yeni ballar aşağıdakı kimi olacaq:

Xoreoqrafiya sənəti (bakalavriat) - 50 bal,

Aktyor sənəti (bakalavriat) - 100 bal,

Rəqs müəllimliyi (orta ixtisas təhsili (11 illik)) - 40 bal,

Rəqs müəllimliyi (orta ixtisas təhsili (9 illik))- 50 bal,

Xoreoqrafiya sənəti (orta ixtisas təhsili (9 illik)) - 50 bal

Bundan əlavə, bakalavriat təhsil səviyyəsi üzrə “Xoreoqrafiya sənəti” ixtisasının ifaçılıq fənni üzrə qabiliyyət imtahanında abituriyentlər (subbakalavrlar) 3 müxtəlif xarakterli rəqs ifa edəcəklər. “Xoreoqrafiya sənəti” ixtisasının milli rəqs, balet pedaqogikası, modern rəqs və rəqs müəllimliyi sahələri üzrə tələb edilən rəqslər aşağıdakı kimi müəyyən edilib.

Milli rəqs, rəqs müəllimliyi:

1. Lirik rəqs (qızlar (atributsuz) və oğlanlar üçün 1 rəqs )

2. “Yallı”, “Qazağı”, “Şalaqoy”, “Qaytağı”(oğlanlar üçün 2 rəqs)

3. “Yallı”, “Qaval”, “Nəlbəki”, “Yaylıqlarla rəqs” (qızlar üçün 2 rəqs)

Balet pedaqogikası:

1. “Karsar”, “Don Kixot”, “Jizel”, “Şelkunçik”, “Min bir gecə”, “Qız qalası”, “Yeddi gözəl” baletlərindən variasiyalar (3 rəqs)

Modern rəqs:

1. Müasir cərəyanlara aid müxtəlif xarakterli 3 rəqs.

Qeyd edək ki, “Xoreoqrafiya sənəti” ixtisasının baletmeyster sahəsi üzrə qabiliyyət imtahanında hər hansı bir dəyişiklik edilməyib.

Teatr, kino və xoreoqrafiya istiqamətinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Teatr, kino və xoreoqrafiya sənəti” adlı vəsaitdə nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləmək tövsiyə olunur.

Tarix
2026.01.09 / 15:51
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla