Yuxarı

Bu avtobuslar da kart sisteminə keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu avtobuslar da kart sisteminə keçir

Sentyabrın 1-dən etibarən Bakıda bir sıra marşrut avtobuslarında kart sistemi tətbiq ediləcək.

Axar.az Xəzərxəbər-ə istinadən məlumat verir ki, sərnişinlər "Baku Bus" avtobuslarında olduğu kimi yalnız "Bakı kart" vasitəsi ilə ödəniş etməklə avtobuslara minə biləcəklər. Bunun üçün artıq 61, 65, 85, 79, 96 və 18 nömrəli marşrut xətlərindəki avtobuslara yeni cihazlar quraşdırılıb.

Avtobusların içində vurulan elanlar vasitəsi ilə isə sentyabrın 1-dən etibarən nağd ödənişin qəbul edilməyəcəyi barədə sərnişinlərə məlumat verilib.

Paytaxtdakı bəzi marşrut xətlərində avtobusların içinə kameralar quraşdırılıb ki, bu da sərnişinlər tərəfindən müsbət qarşılanır. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Nəqliyyatın İnkişaf Konsepsiyasına əsasən, ilin sonuna kimi şəhərdaxili əksər marşrut avtobuslarında kart sisteminin tətbiqi, kameraların quraşdırılması və digər zəruri yeniliklərin edilməsi üçün sahibkarlarla mütəmadi olaraq iş aparılır.

Tarix
2016.08.15 / 10:24
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla