Yuxarı

Anar Mehdiyevin məhkəməsi təxirə salındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Mehdiyevin məhkəməsi təxirə salındı

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla yanaşı Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili iştirak etməyib.

Buna görə proses yanvarın 21-ə təxirə salınıb.

İttihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Amma xüsusilə ağır cinayət əməli üzrə təqsirləndirilən şəxslərin heç biri həbs edilməyib. Bunun səbəbi isə ibtidai istintaq mərhələsində 800 min manatlıq ziyanın Anar Mehdiyev və digərlərinin tam ödəməsidir.

Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri olub. Həmçinin o, nizamnamə kapitalı 1 milyon manat olan “Dastan Agro” MMC-nin qanuni təmsilçisidir. Hər iki şirkət hazırkı cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.

Anar Mehdiyevlə birgə məsuliyyətə cəlb edilən və barəsində cinayət işi açılan Ruslan Ələsgərov da tanınmış iş adamıdır. O, “Gilan Pivot” MMC-nin rəhbəridir.

Bir müddət əvvəl Anar Mehdiyevin rəhbərlik etdiyi şirkətlə R.Ələsgərovun şirkəti arasında əməkdaşlıq müqaviləsi də imzalanıb. Şirkət əsasən kənd təsərrüfatı üçün suvarma sistemlərinin satışı və quraşdırılması ilə məşğuldur.

Təqsirləndirlilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.

Tarix
2026.01.15 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

Bakıda forum: 8 ölkədən nümayəndə iştirak edir

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla