Yuxarı

Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olundu

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tanınmış azərbaycanlı alim, neyrobioloq və Buffalo Universitetinin (Nyu York) professoru Şövqi Hüseynovu həbs edib və onu deportasiya etməyə hazırlaşır.

Axar.az Azpost-a istinadla xəbər verir ki, bu həbs Prezident Donald Trampın kütləvi deportasiya proqramının icrası ilə əlaqələndirilir.

“The Investigative Post” nəşri Ş.Hüseynov üzərində heç bir cinayət əməlinin olmadığını yazıb:

"Onun 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası var. 7 yanvarda o, Nyu Yorkun Buffalo şəhərini Kanadanın Ontario şəhəri ilə birləşdirən Niaqara çayı üzərindəki Sülh Körpüsündən keçib və səhvən Kanadaya daxil olub. Qayıdandan sonra ABŞ sərhəd rəsmiləri tərəfindən saxlanılıb. ABŞ Gömrük və Sərhəd Mühafizəsi sözçüsü agentlərin “onun ABŞ-dan deportasiya edilə biləcəyini müəyyən etdiklərini” və onu ICE-yə təhvil verdiyini bildirib".

Həbsin konkret səbəbi göstərilməyib.

Nəşr qeyd edir ki, Ş.Hüseynov bir həftədir ki, Batavia Təcridxanasında saxlanılır.

Ş.Hüseynov 2022-ci ildən bəri Daxili Təhlükəsizlik Departamenti tərəfindən verilən iş icazəsi ilə Ceykobs Tibb və Biotibbi Elmlər Məktəbində tədqiqatçı kimi çalışır.

Qeyd edək ki, o, Azərbaycan Milli Elmlər Akademiyasının Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi işçisi olub. 2022-ci ildə öz hesabına tədqiqat aparmaq üçün ABŞ-a səfər edib. Elə həmin il onun neyrobiologiya sahəsində mühüm elmi tapıntılara həsr olunmuş həmmüəllif məqaləsi nüfuzlu elmi jurnal olan GILA-da dərc olunub.

Şövqi Hüseynov tanınmış akademik və fizika-riyaziyyat doktoru mərhum Hatəm Quliyevin qardaşı oğludur. Atası Bayram Hüseynov tanınmış həkim olub.

Tarix
2026.01.15 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla