Yuxarı

Prezident daha 6 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident daha 6 fərman imzaladı

14:58

Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 45 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənddə “Azərbaycan Biznesinin İnkişafı Fondu” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

2. həmin Fərmanla təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” üzrə:

2.1. 1-ci hissədə “kredit təşkilatlarından” sözləri “təşkilatlardan” sözü ilə əvəz edilsin;

2.2. 2-ci hissə üzrə:

2.2.1. 2.1.1-ci yarımbənddə “Azərbaycan Biznesinin İnkişafı Fondu” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə, “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.2.2. 2.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.2. müvəkkil təşkilat – Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun fəaliyyət göstərən, Fondun dəstək mexanizmləri üzrə sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə vasitəçilik edən və Fondla əməkdaşlıq müqaviləsi bağlayan hüquqi şəxs (bank, bank olmayan kredit təşkilatı, lizinq, faktorinq və investisiya fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsləri);”;

2.2.3. 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərdə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.2.4. 2.1.7-ci yarımbənddə “kredit təşkilatlarından” sözləri “təşkilatlardan” sözü ilə əvəz edilsin;

2.2.5. 2.1.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.10. “Elektron kredit və zəmanət” informasiya sistemi (bundan sonra – informasiya sistemi) – Fondun Nizamnaməsinə uyğun olaraq sahibkarlıq subyektlərinə müvəkkil təşkilatlar vasitəsilə təqdim olunan dəstək mexanizmlərinin həyata keçirilməsi ilə bağlı prosedurların elektron qaydada icra olunmasını təmin edən sistem;”;

2.2.6. 2.1.11-ci yarımbənddə “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə əvəz edilsin;

2.3. 3-cü hissə üzrə:

2.3.1. 3.1-ci bənddə “kredit təşkilatlarından” sözləri “təşkilatlardan” sözü ilə əvəz edilsin;

2.3.2. 3.3.1-ci yarımbənddə “kredit təşkilatından” sözləri “təşkilatdan” sözü ilə əvəz edilsin;

2.3.3. 3.3.3-cü yarımbənddə “kredit təşkilatı ilə” sözləri “müvəkkil təşkilatla” sözləri ilə əvəz edilsin;

2.3.4. 3.3.4-cü yarımbənddə “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə əvəz edilsin;

2.3.5. 3.3.9-cu yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 3.3.10-cu yarımbənd ləğv edilsin;

2.4. 4.1.1-ci yarımbənddə “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;

2.5. 5-ci hissə üzrə:

2.5.1. adında “kredit təşkilatlarına” sözləri “təşkilatlara” sözü ilə əvəz edilsin;

2.5.2. 5.1-ci bənd üzrə:

2.5.2.1. birinci abzasın birinci cümləsində “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;

2.5.2.2. 5.1.1-ci yarımbənddə “kredit təşkilatı ilə” sözləri “təşkilatla” sözü ilə əvəz edilsin;

2.5.3. 5.2-ci bənd üzrə:

2.5.3.1. birinci və üçüncü cümlələrdə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.5.3.2. ikinci cümlədə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.6. 6-cı hissə üzrə:

2.6.1. 6.1-ci bənd üzrə:

2.6.1.1. 6.1.1-ci yarımbənddə “kredit təşkilatını” sözləri “təşkilatı” sözü ilə əvəz edilsin;

2.6.1.2. 6.1.2-ci yarımbəndin birinci cümləsindən “, 3.3.10-cu yarımbəndində nəzərdə tutulmuş halın mövcudluğu isə 4 (dörd) iş günü müddətində” sözləri çıxarılsın və həmin yarımbəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu Qaydanın 3.3.5–3.3.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar müəyyən edildikdə dərhal bu barədə sahibkarlıq subyektinə informasiya sistemi vasitəsilə bildiriş göndərilir, müəyyən edilmədikdə isə eyni qaydada müraciət baxılmaq üçün sahibkarlıq subyektinin seçdiyi müvəkkil təşkilata göndərilir;”;

2.6.1.3. 6.1.3-cü yarımbənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz olunsun və həmin yarımbəndə “etməklə” sözündən sonra “informasiya sistemi vasitəsilə” sözləri əlavə edilsin;

2.6.1.4. 6.1.4-cü yarımbənddə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə, “kredit təşkilatına” sözləri “təşkilata informasiya sistemi vasitəsilə” sözləri ilə əvəz edilsin;

2.6.2. 6.2-ci bənd üzrə:

2.6.2.1. birinci abzasda “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz olunsun və həmin abzasa “sənədləri” sözündən sonra “informasiya sistemi vasitəsilə” sözləri əlavə edilsin;

2.6.2.2. 6.2.1-ci yarımbənddə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.6.2.3. 6.2.3-cü yarımbənddə “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə, “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.6.3. 6.4-cü bəndin birinci və ikinci cümlələrində “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.6.4. 6.5-ci bəndin birinci cümləsində “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.6.5. 6.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“6.6. Müvəkkil təşkilatla sahibkarlıq subyekti arasında kredit müqaviləsi bağlanıldıqdan sonra bu müqavilə (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsi və birdəfəlik zəmanət haqqının ödənilməsini təsdiq edən sənəd müvəkkil təşkilat tərəfindən 5 (beş) iş günü müddətində informasiya sistemi vasitəsilə elektron sənəd formasında Fonda təqdim edilir. Sənədlərin elektron formada təqdim edilməsi mümkün olmadıqda, həmin sənədlərin surətləri informasiya sistemi vasitəsilə göndərilir.”;

2.6.6. 6.7-ci bənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.7. 7-ci hissə üzrə:

2.7.1. 7.1-ci bənddə və 7.2-ci bəndin birinci cümləsində “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.7.2. 7.3-cü bənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə, “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə əvəz edilsin;

2.7.3. 7.4-cü bəndin birinci cümləsində “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz olunsun və həmin cümləyə “hesabatı” sözündən sonra “informasiya sistemi vasitəsilə” sözləri əlavə edilsin;

2.7.4. 7.5-ci bənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.8. 8-ci hissə üzrə:

2.8.1. 8.1-ci bənd üzrə:

2.8.1.1. birinci və dördüncü cümlələrdə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.8.1.2. üçüncü cümlədə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.8.2. 8.2-ci bənd üzrə:

2.8.2.1. birinci abzasın birinci cümləsində “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə, “yazılı” sözü “informasiya sistemi vasitəsilə” sözləri ilə əvəz edilsin;

2.8.2.2. 8.2.1-ci yarımbənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.8.2.3. 8.2.2-ci yarımbənddə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.8.2.4. 8.2.4-cü yarımbənddə “kredit təşkilatlarında” sözləri “təşkilatlarda” sözü ilə əvəz edilsin;

2.8.3. 8.4-cü bənd üzrə:

2.8.3.1. birinci cümlədə “kredit təşkilatına bu barədə” sözləri “təşkilata bu barədə informasiya sistemi vasitəsilə” sözləri ilə əvəz edilsin;

2.8.3.2. ikinci cümlədə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.8.4. 8.5-ci bənd üzrə:

2.8.4.1. birinci cümlədə “kredit təşkilatı ilə” sözləri “təşkilatla” sözü ilə, “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin və həmin cümlədən “təsdiq edilmiş” sözləri çıxarılsın;

2.8.4.2. ikinci cümlədə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.9. 9-cu hissə üzrə:

2.9.1. 9.1-ci bəndin birinci cümləsində “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz olunsun, həmin cümlədən “və faiz subsidiyasının ödənilməsinə dair müraciəti” sözləri çıxarılsın və həmin cümləyə “müddətində” sözündən sonra “informasiya sistemi vasitəsilə” sözləri əlavə edilsin;

2.9.2. 9.2-ci bənddə “müraciət” sözü “hesabat” sözü ilə, “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.9.3. 9.4-cü bənddə hər iki halda “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.10. 10-cu hissə üzrə:

2.10.1. 10.1-ci bəndin birinci cümləsində hər üç halda “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə, “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.10.2. 10.2-ci bənddə hər iki halda “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə əvəz edilsin;

2.10.3. 10.3-cü bənd üzrə:

2.10.3.1. birinci abzasda “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə əvəz edilsin;

2.10.3.2. 10.3.2-ci yarımbənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.10.4. 10.4-cü bənd üzrə:

2.10.4.1. 10.4.1-ci yarımbənddə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.10.4.2. 10.4.3-cü yarımbənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.10.4.3. 10.4.7-ci yarımbənddə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.10.5. 10.6-cı bənddə “kredit təşkilatı ilə” sözləri “təşkilatla” sözü ilə əvəz edilsin;

2.10.6. 10.7-ci bənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.11. 11-ci hissə üzrə:

2.11.1. 11.1-ci bənd üzrə:

2.11.1.1. 11.1.1-ci yarımbənddə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə, “kredit təşkilatında” sözləri “təşkilatda” sözü ilə, “kredit təşkilatı ilə” sözləri “təşkilatla” sözü ilə əvəz edilsin;

2.11.1.2. 11.1.2-ci yarımbənddə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.11.2. 11.2-ci bənddə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.11.3. 11.3-cü bənd üzrə:

2.11.3.1. 11.3.1-ci yarımbənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.11.3.2. 11.3.3-cü yarımbənddə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə, “yazılı” sözü “informasiya sistemi vasitəsilə” sözləri ilə əvəz edilsin;

2.11.4. 11.4-cü bənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.12. 12-ci hissə üzrə:

2.12.1. 12.1-ci bənddə hər iki halda “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə əvəz edilsin;

2.12.2. 12.2-ci bənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.12.3. 12.3-cü bənddə hər iki halda “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə əvəz olunsun və həmin bəndə “bu barədə” sözlərindən sonra “informasiya sistemi vasitəsilə” sözləri əlavə edilsin;

2.12.4. 12.5-ci bənddə “kredit təşkilatında” sözləri “təşkilatda” sözü ilə, “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.12.5. 12.7-ci bəndin birinci və ikinci cümlələrində, 12.8-ci bənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.13. 13-cü hissə üzrə:

2.13.1. 13.1-ci bənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz olunsun və həmin bəndə “bu barədə” sözlərindən sonra “informasiya sistemi vasitəsilə” sözləri əlavə edilsin;

2.13.2. 13.3-cü bənddə “kredit təşkilatı ilə” sözləri “təşkilatla” sözü ilə əvəz edilsin;

2.14. həmin Qaydaya Əlavə − “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” üzrə:

2.14.1. 1.2-ci bənddə “Azərbaycan Biznesinin İnkişafı Fondu” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

2.14.2. 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərdə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.14.3. 4-cü hissə üzrə:

2.14.3.1. 4.1-ci bənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.14.3.2. 4.2-ci bənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə, “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə, “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə əvəz edilsin;

2.14.4. 6-cı hissə üzrə:

2.14.4.1. 6.1-ci bənd üzrə:

2.14.4.1.1. birinci və dördüncü cümlələrdə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.14.4.1.2. üçüncü cümlədə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.14.4.2. 6.2-ci bənd üzrə:

2.14.4.2.1. birinci cümlədə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə, “yazılı” sözü “informasiya sistemi vasitəsilə” sözləri ilə əvəz edilsin;

2.14.4.2.2. ikinci cümlədə “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə əvəz olunsun və həmin cümləyə “bu barədə” sözlərindən sonra “informasiya sistemi vasitəsilə” sözləri əlavə edilsin;

2.14.4.2.3. üçüncü cümlədə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;

2.14.4.3. 6.3-cü bənd üzrə:

2.14.4.3.1. birinci cümlədə “kredit təşkilatı ilə” sözləri “təşkilatla” sözü ilə, “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin və həmin cümlədən “təsdiq olunmuş” sözləri çıxarılsın;

2.14.4.3.2. ikinci cümlədə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;

2.14.4.4. 6.6-cı bənddə “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə əvəz edilsin;

2.14.5. 8-ci hissədə “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;

2.14.6. 11-ci hissədə “Azərbaycan Biznesinin İnkişafı Fondu” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 435 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 29 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 67 (Cild I) 2-ci hissəsinin ikinci abzasından “Respublika” və “qəzeti” sözləri çıxarılsın.

2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 88 (Cild I) 6.1-ci və 6.3-cü bəndlərindən “qəzeti” sözü çıxarılsın.

3. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 may tarixli 1415 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 819 (Cild I) 2.4-cü bəndindən “qəzeti” sözü çıxarılsın.

***

Prezident İlham Əliyev “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175 (Cild I); 2024, № 6 (I kitab), maddə 647, № 9, maddə 1001) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin – “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı”nın “İdxal” hissəsinin altıncı abzası ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsinlər.

***

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 323-VIIQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Hakimlərin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 167 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 429 (Cild I) ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 323-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 323-VIIQD nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

***

Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.1-ci və 6.3-cü (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 6.3-cü maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 4-1.1-ci və 6.3-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 4-1.1-ci maddəsində nəzərdə tutulan enerji effektivliyi informasiya sisteminin (bundan sonra – Sistem) sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.5-ci maddəsinə uyğun olaraq, enerji effektivliyi informasiya sisteminin əsasnaməsini altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi:

3.1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.1-ci maddəsinə uyğun olaraq, Sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;

3.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün;

3.3. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2.1-ci bəndi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

5. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 925 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1-ci bəndə “2.1.13-cü,” sözlərindən sonra “4-1.1-ci,” sözləri əlavə edilsin;

5.2. 2.4-cü bəndə “tələblərinə” sözündən sonra “, enerji effektivliyi informasiya sisteminin əsasnaməsinə” sözləri əlavə edilsin;

5.3. 2.5-ci bəndə “Qanunun” sözündən sonra “4-1.1-ci,” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli 2215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 940 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 571 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.3-cü bəndə “tərəfindən” sözündən sonra “enerji effektivliyi informasiya sistemi (bundan sonra – Sistem) vasitəsilə” sözləri əlavə edilsin;

6.2. 2.5-ci bənddə “rəsmi internet səhifəsində” sözləri “Sistemdə” sözü ilə əvəz edilsin;

6.3. 3-cü hissə üzrə:

6.3.1. 3.2-ci bənddə “təqdim etdikləri” sözləri “Sistemə daxil etdikləri” sözləri ilə əvəz edilsin;

6.3.2. 3.3.1-ci yarımbənddə “təqdim etdiyi” sözləri “Sistemə daxil etdiyi” sözləri ilə əvəz edilsin;

6.3.3. 3.5-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“3.5. Forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə hesabatı aşağıdakı nəzarət subyektləri hər hesabat ili üçün növbəti il yanvarın 31-dək Sistemə daxil edirlər:”;

6.4. 4-cü hissə üzrə:

6.4.1. 4.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.3. Nəzarət tədbirlərinin nəticələri barədə akt, həmin tədbirlərin bitmə tarixindən gec olmayaraq, Nazirlik tərəfindən 2 (iki) nüsxədə tərtib edilməli və 1 (bir) nüsxəsi barəsində akt tərtib edilmiş nəzarət subyektinə yerində təqdim olunmalı və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilməlidir. Tərtib edildiyi tarixdən 2 (iki) iş günü müddətində aktın surəti həmin nəzarət subyektinin Sistemdəki şəxsi kabinetində yerləşdirilməlidir.”;

6.4.2. 4.4-cü bəndə “ehtiyatında,” sözündən sonra “Sistemdə,” sözü əlavə edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 3, maddə 253; 2025, № 1, maddə 32) ilə təsdiq edilmiş “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 3-cü hissə üzrə:

7.1.1. 3.3-cü bəndə “əsaslandırılmasını” sözündən sonra “enerji effektivliyi informasiya sistemi (bundan sonra – Sistem) vasitəsilə” sözləri əlavə edilsin;

7.1.2. 3.4-cü bəndin ikinci cümləsinə ikinci halda “müddətində” sözündən sonra “Sistem vasitəsilə” sözləri əlavə edilsin;

7.1.3. 3.8-ci bəndə “səhifəsində” sözündən sonra “, Sistemdə” sözü əlavə edilsin;

7.2. 5.7-ci bəndə “müddətində” sözündən sonra “Sistem vasitəsilə” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 321-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinin birinci və üçüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 27.4-cü maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 27.4-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinin üçüncü cümləsinə uyğun olaraq, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləğini üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 863 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “27.3-cü maddələrində,” sözlərindən sonra “27.4-cü maddəsinin birinci və üçüncü cümlələrində,” sözləri əlavə edilsin;

3.2. 2.2-ci bəndə “27.2.4-cü maddələrində,” sözlərindən sonra “27.4-cü maddəsinin üçüncü cümləsində,” sözləri əlavə edilsin;

3.3. 2.4-cü bəndə “27.3-cü maddələrində” sözlərindən sonra “, 27.4-cü maddəsinin birinci cümləsində” sözləri əlavə edilsin.

Tarix
2026.01.15 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan

Deqati Makrona məktub yazdı: Vətənimdə qətliamdır!

Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama

Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya

Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General

Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla