"Expressbank" ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Bildirilir ki, Bankın aktivləri ötən ilin sonu ilə müqayisədə artım göstərib.
Həmçinin Bankın kredit portfelində də əhəmiyyətli dəyişiklik olub. Belə ki, dövr ərzində biznes kreditlərində 20%-dən çox, ümumilikdə Bankın kredit portfelində isə 10%-ə yaxın artım müşahidə olunub. Bununla da Bankın faiz gəlirlərində 21%-ə yaxın artım qeydə alınıb.
Ötən dövrdə fiziki şəxslərin "Expressbank"a yerləşdirdiyi əmanətlərin məbləğində də 29 %-ə yaxın artım olub. Bu isə öz növbəsində Bankın depozit portfelinin, təxminən 19 % artımına təkan verib.
Ümumilikdə isə bankın xalis faiz gəlirlərində ötən hesabat dövrü ilə müqayisədə 10 %-dən çox artım olub. Bankın əməliyyat mənfəəti 19 milyon manatdan çox təşkil edir. Bank kreditlər üzrə 9 milyon manatdan çox məqsədli ehtiyat ayırmalarına xərc çəkib ki, bu da Bankın gələcək dayanıqlığının təmin edilməsi üçün artırılır.
"Fitch" beynəlxalq reytinq agentliyi 2025-ci ildə "Expressbank"ı yenidən qiymətləndirərək Bankın uzunmüddətli reytinqini "B+" səviyyəsində "Sabit" proqnozla təsdiqləyib.
"Expressbank" Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
"Expressbank" Azərbaycan Mərkəzi Bankının 30 dekabr 1992-ci il tarixində verdiyi №119 lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri Yusif Vəzir Çəmənzəminli küçəsi, 134C.
"Expressbank" - İşiniz rahat getsin!