Yuxarı

Şahin Tağıyev qocalar evində vəfat edib? - Qızı danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahin Tağıyev qocalar evində vəfat edib? - Qızı danışdı

Atam şərəfli bir ömür yaşayıb. Tərtərdə, Şuşada, Qarabağın digər bir çox ərazilərində döyüşüb.

Axar.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında dünyasını dəyişən Milli Qəhrəman Şahin Tağıyevin qızı Nigar Tağıyeva deyib.

Onun sözlərinə görə, atası 2002-ci ildən İsveçdə yaşayırdı və işləmirdi:

"Xəstə idi, iki ildir müalicə alırdı. Dekabrın 29-da atamı itirdim. Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Atamın qocalar evinə yerləşdirilməsi ilə bağlı Azərbaycanda yayılan xəbərlər bizi çox məyus etdi. Bu, qətiyyən doğru deyil.

Ora qocalar evi yox, reabilitasiya mərkəzi idi. Onun üçün xüsusi otaq ayrılmışdı və lazım olan bütün mebeli mən almışdım. Rahatlığı üçün hər şey etmişdik. Atam iki il əvvəl həm insult, həm də infarkt keçirmişdi. Bu vəziyyətdə onun evdə qalması mümkün deyildi. Vaxtında dərmanlarını atmalı, insulin iynəsi vurulmalı idi. Atamı həmin mərkəzə yerləşdirməyimizin əsas səbəbi onun daim həkim nəzarətində saxlanılması ilə bağlı olub. Bu tip əsassız xəbərlər bizi çox incitdi".

Tarix
2026.01.16 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla