Yuxarı

İndi aviabiletlər də ABB Business-də alınır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İndi aviabiletlər də ABB Business-də alınır

Qeyri-bank xidməti həllərini inkişaf etdirən ABB bu sahədə daha bir yeniliyini müştərilərə təqdim edib.

Bankın uğurla reallaşdırdığı “FlyDesk” layihəsi sayəsində korporativ müştərilər artıq səfərlərini də ABB Business platforması üzərindən planlaşdıra bilərlər. Müştərilərə, o cümlədən biznes sahiblərinə, mühasiblərə, şirkətlərin insan resursları sahəsində çalışan əməkdaşlarına və b. ABB Business platformasından çıxmadan aviabiletlər axtarmaq, uçuş qiymətlərinin müqayisəsini aparmaq, bilet alışı prosesini onlayn şəkildə tamamlamaq imkanı yaradılıb. Bu yeniliyi Azərbaycanda ilk dəfə məhz ABB tətbiq edib.

“FlyDesk” qlobal aviabilet sistemləri ilə inteqrasiya əsasında çalışır. Xidmətdən yararlanmaq üçün müştəri ABB Business İnternet Bank platformasına daxil olaraq “FlyDesk” bölməsində istiqamət və tarixləri qeyd edir, uyğun uçuşu seçir və ödənişi bank platformasında həyata keçirir.

Səfərlər üçün aviabilet alışının əlavə platformalara keçmədən birbaşa ABB Business üzərindən tam rəqəmsal təcrübə ilə tamamlanması, prosesin son dərəcə sürətli və təhlükəsiz olması bu yeniliyin yaratdığı əsas üstünlüklərdir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.01.16 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla