Yuxarı

Metroda böyük ölçülü yükə görə əlavə ödəniş alınır - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda böyük ölçülü yükə görə əlavə ödəniş alınır - Rəsmi

Bakı Metropolitenində müəyyən ölçüdə böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödənişin nəzərdə tutulması barədə qərar yeni deyil.

Bunu Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

“Bu qayda Nazirlər Kabinetinin 2010-cu ildə təsdiq etdiyi “Bakı Metropolitenindən istifadə qaydaları” haqda qanunun maddələrindən biridir.

Həmin maddə belədir:

“Sərnişinlər uzunluq, en və hündürlük, ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər”, - Məmmədov bildirib.

Qeyd edək ki, bəzi saytlar Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödənişin nəzərdə tutulması ilə bağlı məlumatı yeni qərar kimi təqdim edib.

Tarix
2026.01.16 / 12:30
Müəllif
Xanım Səbuhiqızı
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla