Yuxarı

“Araz”ın təşkilatçılığı ilə Ağdamda əmək yarmarkası keçirilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Araz”ın təşkilatçılığı ilə Ağdamda əmək yarmarkası keçirilib

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə birgə Ağdam şəhərində əmək yarmarkası keçirib.

Əmək yarmarkası çərçivəsində iştirakçılara Ağdamda fəaliyyətə başlaması nəzərdə tutulan “Araz” mağazası üzrə 10-dan çox vakansiya təqdim edilib. Satıcı, kassir, satıcı-bişirici, mal qəbul edən və digər vəzifələr üzrə mövcud vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb və ilkin seçim prosesi həyata keçirilib.

Tədbirdə iştirakçılara Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları, bu proqramlardan yararlanma imkanları və müraciət qaydaları, eləcə də “Araz” supermarketlər şəbəkəsində işə qəbul, karyera yüksəlişi və digər imkanlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi ölkə əhalisinin məşğulluğuna töhfə verən və əmək bazarına peşəkar kadrlar yetişdirən böyük işəgötürəndir. Hazırda şirkət 13.000-dən çox şəxsi işlə təmin edir.

Tarix
2026.01.16 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla