Yuxarı

Balıq ovu üçün kvota təsdiqləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Balıq ovu üçün kvota təsdiqləndi

Azərbaycan Respublikası Nazirlər Kabineti 2026-cı il üzrə balıq və digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarını (kvotasını), habelə balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünü təsdiq edib.

Bu barədə Axar.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Balıq və digər su bioresurslarının sənaye və əmtəə məqsədli akvakultura ovu üçün kvota almaq istəyən, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə, digər rayonlar üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər isə ən yaxın ASAN Xidmət mərkəzlərinə müraciət etməlidirlər.

Quba ASAN Xidmət mərkəzi

- Xaçmaz, Şabran, Siyəzən

Salyan “ASAN xidmət” mərkəzi

- Neftçala, Salyan, Biləsuvar, Şirvan

Gəncə (2 saylı) “ASAN xidmət” mərkəzi

- Mingəçevir, Gəncə, Yevlax, Samux, Şəmkir

Lənkəran ASAN Xidmət mərkəzi

- Astara, Lənkəran, Masallı

Kvota almaq üçün tələb olunan sənədlərin siyahısı və nümunəvi formaları ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər bir balıqovlama biletinə görə 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu tutulur.

Qeyd edək ki, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, eləcə də elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir. Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər kvota ayrılmış ərizəçi tərəfindən həyata keçirilməli, ödənişi təsdiq edən sənəd isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə təqdim edilməlidir.

2026-cı ildə balıq və digər su bioresurslarının sənaye, əmtəə məqsədilə akvakultura, təhsil və maarifləndirmə məqsədilə ovuna görə Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün müəyyən edilmiş ödəniş qiymətləri:

Balıq və digər su bioresursları

Аzərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri üçün

Хarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün

1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat)

1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat)

1

Кilkə

44,50

89,00

2

Siyənək

111,25

222,50

3

Кеfal

89,00

178,00

4

Çapaq

89,00

178,00

5

Кülmə

89,00

178,00

6

Çəki

178,00

267,00

7

Хəşəm

222,50

445,00

8

Sıf

178,00

356,00

9

Кütüm

222,50

445,00

10

Şamayı

222,50

445,00

11

Qarasol

89,00

-----

12

Хərçəngkimilər

222,50

445,00

13

Digər balıq növləri

89,00

178,00

Tarix
2026.01.16 / 16:23
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla