Yuxarı

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən Sumqayıt Olimpiya İdman Kompleksində, Sumqayıt şəhər 5 nömrəli, 8 nömrəli, 27 nömrəli, Abşeron rayonu, Mehdiabad qəsəbə 2 nömrəli və Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəblərində, Gəncə RM tərəfindən Gəncə şəhər A.S.Puşkin adına 9 nömrəli, 7 nömrəli, Ağstafa rayonu, A.Asimoğlu adına Zəlimxan kənd və Ağstafa şəhər S.Şükürova adına 3 saylı tam orta məktəblərində, Muğan RM tərəfindən Neftçala şəhər E.Həbibov adına 4 nömrəli tam orta məktəbində, Qarabağ RM tərəfindən Bərdə şəhər 3 nömrəli, Ağdam rayonu, Yeni İmamqulubəyli qəsəbəsi 135 nömrəli tam orta məktəblərində, Aran RM tərəfindən Kürdəmir rayonu, Qacar Sadıqov adına Mollakənd kənd və Zərdab rayonu, Sarıqaya tam orta məktəblərində, Cənub RM tərəfindən Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-liseydə və R.İbadov adına Cil kənd tam orta məktəbində, Şimal-qərb RM tərəfindən Qəbələ şəhər 1 nömrəli uşaq bağçasında, Şimal RM tərəfindən Qusar rayonu, Çaqarqışlaq kənd tam orta məktəbində maarifləndirmə tədbiriləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Tarix
2026.01.17 / 10:58
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla