Yuxarı

Estetik əməliyyat etdirdi, nitqində problem yarandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Estetik əməliyyat etdirdi, nitqində problem yarandı - Video

39 yaşlı Günel Cəfərova deyir ki, boğazgərmə əməliyyatı olunmaq üçün Tiktokdan tapdığı "Plastik.estetika" səhifəsinə müraciət edib.

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, əməliyyatı özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimlinin icra etdiyini öyrənib. Ötən ilin iyununda Bakının 9-cu mikrorayon, Mircəlal küçəsində yerləşən "Beauty Derm Estetik"də cərrahi əməliyyat olunub.

Günel Cəfərovanın sözlərinə görə, 7 aydır boynunda şiddətli ağrılar var, əməliyyatın izi kiçilmir, nitqində də problem yaranıb. Şiddətli ağrıların səngimədiyini gördükdə, həkimə dəfələrlə zəng edib. Amma hər hansı bir tədbir görülməyib.

O deyir ki, üzündə və boğazında yaranmış problemin aradan qaldırlması üçün yenidən əməliyyat olunmalıdır. Lakin onun pulu qaytarılmır ki, yeni əməliyyata versin.

"Beauty Derm Estetik" mərkəzindən Esmira İbrahimli öz növbəsində suallara cavab verməkdən imtina edib və lazımi orqanlara açıqlama veriləcəyini deyərək dəstəyi asıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, aparılan araşdırma zamanı Esmira İbrahimovanın "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda olmadığı müəyyən edilib:

"Beauty Derm Estetik" Mərkəzinin hansı sahibkarlıq subyektinə məxsus olması barədə rəsmi məlumat yoxdur. Şikayətçi adıçəkilən müəssisədə yoxlamanın aparılmasını istəyirsə, konkret faktlara əsaslanan məlumatlarla - xidmətə görə ödəniş qəbzi, tibbi xidmətə dair qeydiyyat sənədləri və s. ilə birlikdə Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət etməlidir".

Tarix
2026.01.17 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla