Yuxarı

FHN qarlı havada təlim keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN qarlı havada təlim keçdi

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Qarlı hava şəraitində meşə massivində itkin düşmüş şəxsin axtarış-xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.

FHN-dən Axar.az-a verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən soyuq və qarlı hava şəraitində dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti olaraq qarlı və dumanlı hava şəraitində meşə massivində itkin düşmüş şəxsin axtarışını apararaq meşənin dərinliklərində yerini müəyyən edib, xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə “xilas edərək” təhlükəsiz əraziyə “təxliyəsini” təmin ediblər.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Tarix
2026.01.18 / 11:22
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla