Yuxarı

“Azərişıq” Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərişıq” Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir

Torpaqlarımız işğaldan azad olunan andan etibarən “Azərişıq” ASC-nin əməkdaşları Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ordumuzun ardınca irəliləyərək Qarabağ və Şərqi Zəngəzurda lazımi obyektləri elektrik enerjisi ilə təmin etdi. Tezliklə doğma torpaqlarımızda Azərbaycan işığı yandı. Elektrik təsərrüfatında yenidənqurma, əsaslı təmir-bərpa bu gün də davam edir.

Axar.az xəbər verir ki, sərt iqlimi və yüksək dağlıq relyefi ilə seçilən Kəlbəcərin də elektrik təsərrüfatı yenidən qurulur.

Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq “Azərişıq” ASC 3000 metrdən yüksək ərazilərdə fasiləsiz çalışır.

Kəlbəcər şəhəri 18 iyul 2021-ci ildən elektrik enerjisi ilə təmin olunub.

Kəlbəcərin ən ucqar dağ kəndlərinə 35 kV-luq izolyasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır. Alagöllər, Zəylik və Zod kəndlərində yerləşən strateji obyektlərə və “İstisu” mineral su zavoduna 35 kV-luq ikidövrəli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, transformator məntəqələri quraşdırılıb.

Həmçinin Zallar, Yanşaq, Keşdək, Zar, Qamışlı və Çaykənd kəndlərinə də 35 kV-luq xətlərin çəkilişi başa çatıb. İstisu qəsəbəsində inşa olunan 110/35 kV-luq “İstisu” yarımstansiyasının 2024-cü il sentyabrın 2-də Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutub. Kəlbəcərə köç edən ailələrin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulub.

“Azərişıq” ASC ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə elektrik təsərrüfatını yeniləyir. Görülən işlər vətəndaşların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Tarix
2026.01.19 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

Bakıda forum: 8 ölkədən nümayəndə iştirak edir

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla