Yuxarı

Bu rayonlara intensiv qar yağır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu rayonlara intensiv qar yağır

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə sulu qar, qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensiv xarakterlidir.

Yağan qarın hündürlüyü Əlibəy (Zaqatala) və Lerikdə 39, Şahbuzda 35, Kəlbəcərdə 32, Sarıbaşda (Qax) 30, Laçın və Qubadlıda 23, Yardımlıda 20, Kişçayda (Şəki) 19, Xızıda 18, Xaltanda 16, Qrızda 15, Şuşada 13, Şamaxı, Qobustan və Lazada (Qusar) 12, Xınalıqda 10, Xankəndidə 9, Şahdağda 7, Qubada 6, İsmayıllı, Xocalıda 5, Ceyrançöl və Sədərəkdə 4, Füzulidə 3, Qəbələ və Gədəbəydə 1 sm-dir.

Düşən yağıntının miqdarı Cəlilabadda 38, Astarada 37, Lənkəranda 32, Neftçala və Cəbrayılda 16, Beyləqan və Yevlaxda 14, Mingəçevirdə 13, Ağdam və Tərtərdə 12, İmişli və Zərdabda 10, Xaçmaz və Balakəndə 9, Bakıda və Abşeron yarımadasında, eyni zamananda Bərdədə 8, Oğuz və Naftalanda 7, Kürdəmir, Biləsuvar və Şərurda 6, Ağstafa, Şabran, Sabirabad və Gəncədə 5, Şəmkirdə 4, Goranboy, Tovuz və Göyçayda 3, Şəmkir və Şirvanda 2, Daşkəsən və Naxçıvanda 1 mm-dir.

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 20, Goranboyda 19, Naftalanda 18, Biləsuvarda 16 m/s-dək güclənir.

Şərur, Gəncə, Zaqatala, Qax, Şamaxı, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Qusar, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Tarix
2026.01.19 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

Bakıda forum: 8 ölkədən nümayəndə iştirak edir

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla