Yuxarı

Ət qutabında at DNT-si çıxdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ət qutabında at DNT-si çıxdı - Video

Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində fəaliyyət göstərən fiziki şəxs Cavanşir Tair oğlu Quliyevə məxsus unlu qənnadı məmulatlarının emalı və satışı obyektində yoxlama keçirib.

Axar.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub.

Belə ki, texnoloji ardıcıllıq prinsipinə və qida məhsullarının saxlanma şəraitinə əməl edilmir, unlu qənnadı məhsulları antisanitar şəraitdə emal olunur və mənşəyi məlum olmayan xammallardan istifadə edilir, qida ilə təmasda olan səthlər, işçi masalar və soyuducu rəfləri korroziyaya uğrayıb və digər nöqsanlar aşkarlanıb.

Həmçinin qutab hazırlanmasında istifadə olunan ət farşından götürülən nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji uyğunsuzluq və at DNT-si müəyyən edilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, qida məhsullarının satışı və istehsalı nöqsanlar aradan qaldırılanadək dayandırılıb.

Tarix
2026.01.21 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla