Yuxarı

“Azərsun Holdinq” gənclər üçün marketinq müsabiqəsi elan edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsun Holdinq” gənclər üçün marketinq müsabiqəsi elan edir

“Azərsun Holdinq”in təşəbbüsü ilə Azərbaycanda gənclər arasında keçirilən “Brand Boom” marketinq müsabiqəsi ikinci dəfə təşkil olunur.

“Brand Boom”un əsas məqsədi gənclərdə innovativ düşünmə tərzini formalaşdırmaq, marketinq strategiyalarının hazırlanması və real layihələr üzərində işləmə bacarıqlarını gücləndirməkdir.

Ölkədə bu formatda marketinq müsabiqəsi ilk dəfədən böyük maraqla qarşılanıb və geniş iştirakçı auditoriyası toplayıb. Bu səbəblə yenidən təşkil edilir.

“Yaradıcılığın qazandırsın!” şüarı ilə həyata keçirilən “Brand Boom” müsabiqə iştirakçılarına seçilmiş marka üzrə yaradıcı ideyalarını təqdim etmək üçün əlverişli platforma, yaradıcılıq və strateji düşünmə bacarıqlarını kəşf etmək üçün təcrübə, dəyərli hədiyyələr və digər imkanlar təqdim edir.

Bununla bərabər qalib komanda “Azərsun Holdinq”də təcrübə keçmək şansı qazanacaq. Müsabiqədə iştirak etmək üçün gənclərdən komanda formalaşdırmaq, qeydiyyatdan keçmək və innovativ ideyalarını təqdim etmək tələb olunur.

Son qeydiyyat tarixi: 16.02.2026 “Brand Boom” layihəsi haqqında daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün brandboom.azersun. com saytına daxil ola bilərsiniz.

Tarix
2026.01.23 / 14:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla