Yuxarı

Bu banklardan əmanətçilərə 45 milyon ödənildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu banklardan əmanətçilərə 45 milyon ödənildi

Lisenziyası ləğv edilən "Parabank" ASC-nin qorunan əmanətçilərinə 16,9 milyon manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 20,7 milyon manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 5,2 milyon manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2,2 milyon manatdan artıq kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan Axar.az-a bildiriblər ki, ümumilikdə 4 bank üzrə 45 milyon manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu bağlanan 4 bankın qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. İyulun 25-də sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin baş ofisinə, "Parabank" ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər avqustun 1-dən etibarən sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən və fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.

Martın 1-dən qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilib və martın 2-dən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 12 faiz, xarici valyuta üzrə 3 faiz həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

Martın 2-dən əvvəl illik 12 faizə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

Tarix
2016.08.18 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Almaniya İrana bağlı şəbəkəyə niyə “qucaq açır?”

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla