Yuxarı

DİM-dən yeni imtahan modeli ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİM-dən yeni imtahan modeli ilə bağlı açıqlama

Gələn ildən buraxılış imtahanında xarici dil fənni üzrə müəyyən dəyişikliklər nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Məlumata görə, 2027-ci ildən etibarən tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanların yekun attestasiyası zamanı xarici dil fənləri üzrə istifadə olunacaq imtahan modeli müzakirəsi ilə bağlı seminarda bildirilib ki, mərhələli yanaşmanın davamı olaraq 2027-ci ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında həmin şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı vasitəsilə, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən az 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir. Yazı tapşırığı iştirakçıların strukturlaşdırılmış yazı bacarığını ölçməyə yönəlib və şagirdlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmə qabiliyyətini ön plana çıxarır. Nəzərdə tutulan yeni imtahan modeli nümunəsi ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, bu imtahan modelinə uyğun olaraq Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə Bakı və Sumqayıt şəhərlərinin bəzi məktəblərində pilot imtahanlar keçirilib.

Məlumat üçün bildiririk ki, buraxılış imtahanlarında xarici dil fənləri üzrə qiymətləndirmə modeli mərhələli şəkildə yenilənir və ictimaiyyətə öncədən məlumat verilir. Bu istiqamətdə artıq 2025-ci ildə ilk dəfə olaraq 9-cu sinif buraxılış imtahanında şagirdlər yazı bölməsində şəkillər əsasında hekayə yazmaq tapşırığını yerinə yetiriblər. Sözügedən tapşırıq şagirdlərin təkcə dil biliklərini deyil, həmçinin mətn qurmaq, ideyanı inkişaf etdirmək və yaradıcı düşünmə bacarıqlarını qiymətləndirməyə imkan verir.

Xatırladaq ki, bu imtahan modelinə uyğun tapşırıq nümunələri və öyrədici materiallar artıq Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş və istifadə olunan xarici dil fənni üzrə dərsliklərdə geniş şəkildə təqdim olunub. Bundan əlavə, tətbiq olunacaq imtahan modelinə uyğun müxtəlif tapşırıq nümunələri DİM-in siniflər üzrə nəşr etdiyi “Qiymətləndirmə tapşırıqları” kitabında, test toplularında da veriləcək.

Tarix
2026.01.27 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

Vensin Azərbaycana səfəri: Ermənistanla sülh, Zəngəzur dəhlizi...

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı

Hacıyev Şəki barədə hazırlanan filmi paylaşdı - Video

Səfirliyimizə terror hücumundan üç il ötür

AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla