Yuxarı

Metroda işləmək istəyənlərin nəzərinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda işləmək istəyənlərin nəzərinə

Bakı Metropoliteni QSC "eskalator təsərrüfatı üzrə növbətçi dispetçeri" və "mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri" vəzifələri üzrə ödənişsiz kurs təşkil edir.

Axar.az xəbər verir ki, kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər.

Kursda 22-30 yaş arası kişilər iştirak edə bilər. Namizədlərin Bakı qeydiyyatında, hərbi mükəlləfiyyətli, texniki ali təhsilli olması vacibdir.

Namizədlərin Azərbaycan dilini əla, rus dilini yaxşı bilməsi tələb olunur.

Kursda iştirak etmək istəyənlər Bakı Metropoliteni QSC-nin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar.

Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Dispetçer" vəzifəsinin qeyd edilməsi zəruridir.

Müraciət üçün son tarix 25 avqust 2016-cı ildir.

Tarix
2016.08.19 / 10:52
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla