Yuxarı

“Qurtuluş”un əsl sahibi o imiş - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qurtuluş”un əsl sahibi o imiş - Video

“Qurtuluş” Reabilitasiya Mərkəzinin əsl sahibinin kimliyi üzə çıxıb.

Axar.az "Yeni Sabah"a istinadla xəbər verir ki, MMC kimi qeydiyyatdan keçən qurumun sahibi sələfi ilahiyyatçı Yaşar Qurbanovdur.

Yaşar Qurbanov Səudiyyə Ərəbistanı Krallığında dini təhsil almış ilk azərbaycanlılardan biri kimi tanınır. O, Mədinə Beynəlxalq İslam Universitetinin Hədisi-Şərif və İslami Araşdırmalar fakültəsinin məzunudur. 1975-ci ildə anadan olan Qurbanov uzun illərdir Azərbaycanda ilahiyyatçı kimi fəaliyyət göstərir.

Ölkədə dini verilişlərin məhdud olduğu dövrlərdə belə Yaşar Qurbanov müxtəlif radio və televiziya kanallarında dini mövzulu proqramlar aparıb. “İslam dünyası” adlı verilişi vaxtilə "Antenn FM", "Araz FM", eləcə də Xaçmaz və Yevlax regional televiziyalarında yayımlanıb. Hazırda isə o, hər Cümə günü saat 16:10-da 100.5 TMB radiosunda yayımlanan “Cümənin bərəkəti” verilişinin aparıcısıdır.

Yaşar Qurbanov sosial şəbəkələrdə də aktivdir, tez-tez islam mövzusunda paylaşımlar edir və izləyicilərinin suallarını cavablandırır.

Bundan əlavə, ilahiyyatçı bir neçə dəfə “Qurtuluş” Reabilitasiya Mərkəzinə baş çəkib. O, mərkəzin idarə heyəti ilə görüşərək sağalma prosesi barədə ətraflı məlumat alıb, yaradılan şəraitlə tanış olub. Qurbanov mərkəzdə müalicə alan pasiyentlərlə görüşüb, onların dini mövzuda suallarını cavablandırıb, motivasiya xarakterli çıxışlar edib və çətinliklərin dəf olunması üçün tövsiyələr verib.

Mərhum Cabir İmanovun dəfnindən sonra Y.Qurbanov digər ilahiyyatçı Əlixan Musayev əleyhinə videoları ilə gündəmə gəlib.

Xatırladaq ki, bu gün "Qurtuluş"un rəhbəri Ceyhun Salmanov və 2 əməkdaşı - Elşad Məhərrəmov və Natiq Əliyev saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.

Tarix
2026.01.30 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda... - Video

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla