Yuxarı

Məscidlərdə imamlara verilən aylıq maaş... - Komitə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məscidlərdə imamlara verilən aylıq maaş... - Komitə

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə islam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilmişdi. Belə ki, imam vəzifəsi üzrə 17, imam müavini vəzifəsi üzrə isə 31 məsciddə vakant yer elan olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri komitə tərəfindən təyin olunur.

“Dövlət Komitəsinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq, müsahibəni Dövlət Komitəsi təşkil edir.

Müsahibədən uğurla keçmiş namizəd Komitə sədrinin əmri ilə din xadimi təyin olunur. Müsahibədən keçmiş, lakin hələ təyin edilməmiş namizədlər isə iki il müddətinə din xadimlərinin ehtiyat kadrlar siyahısına daxil edilir”, - məlumatda qeyd edilib.

Komitə imamların aylıq gəliri barədə də məlumat verib:

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyət istiqamətlərindən biri də din xadimlərinə aylıq maliyyə dəstəyinin göstərilməsidir.

Din xadimlərinə göstərilən maddi dəstək onların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsindəki fəaliyyətinə, eləcə də sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş məqsədli proqram xarakteri daşıyır. Bu məqsədlə ötən il dövlət büdcəsindən ayrılan vəsait hesabına 1197 din xadiminə aylıq maddi dəstək verilmişdir”.

Komitədən imamın və onun müavinin vəzifəsinin nədən ibarət olduğu ilə bağlı ünvanlanmış suala cavab kimi qeyd edilib ki, imamın vəzifəsi məscid və ya ziyarətgahda gündəlik dini fəaliyyətin təşkili, dini ayinlərin icrası, dini mərasimlərin keçirilməsinin təmin edilməsidir:

“İmam müavininin vəzifəsi isə imamın fəaliyyətinə kömək göstərmək, habelə rəsmi imam təyinatı olmayan ibadətgahlarda imamın vəzifələrini icra etməkdir”.

Tarix
2026.02.02 / 15:17
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla