Yuxarı

Keçmiş icra başçısının oğlu Rumıniyada 40 villa aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş icra başçısının oğlu Rumıniyada 40 villa aldı

Azərbaycanlı biznesmen Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksini alıb.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu qeyd edib.

"29 yanvarda Rumıniyanın “Profit.ro” portalının məlumatına görə, layihə Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib (Tahir Kərimov 2016-cı ildə vəzifəsindən azad edilmişdi).

Abuzərlinin yaratdığı "Memaar Capital" şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu İoan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.

Tahir Kərimov 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı - sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə “Roma imperatoru”na bənzər şəkildə, çiçək çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu.

Onun oğlu Ümid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Xəmsə Kərimov isə 2007-2024-cü illər arasında "SOCAR Petroleum SA" şirkətinə rəhbərlik edib. Maraqlıdır ki, o, bu vəzifəyə təyin olunanda cəmi 23 yaşı var idi.

"Memaar Capital" Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahib olduğunu və daşınmaz əmlak sahəsində uzunillik təcrübəyə malik olduğunu bəyan edir.

Yeni layihə "Harmony Homes" adlandırılıb. Burada hər biri təxminən 134 kvadratmetr sahəsi olan iki mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi “Alexander Residence” adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılmışdı, ikinci mərhələ isə tamamilə "Memaar Capital" şirkətinin nəzarətinə keçib", - məlumatda qeyd olunub.

Tarix
2026.02.03 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla