Yuxarı

Konfederasiya sədrindən xarici şirkətlərə ittiham

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Konfederasiya sədrindən xarici şirkətlərə ittiham

Azərbaycanda son illərdə qeyri-dövlət və özəl müəssisələrdə həmkarlar ittifaqlarının yaradılmasına diqqət artıb, həmkarlar ittifaqı orqanları öz müəssisələrində həmkarlar ittifaqı təşkilatı yaratmaq istəməyən xarici, birgə və özəl şirkətlərdə də inadla iş aparır. Lakin müəyyən əcnəbi şirkətlərdə buna hələ də nail olunmayıb.

Report xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının dövrü jurnalına müsahibəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.

Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən BP, "Statoil", "Şell", "Koka-Kola", "MakDonalds" kimi şirkətlərin yerli bölmələri, "Bazarstore" mağazalar şəbəkəsində və digər bir sıra xarici və birgə şirkətlərdə işəgötürənlərin işçilərə təzyiqi üzündən həmkarlar ittifaqı təşkilatlarının yaradılması mümkün olmayıb.

Qeyd edək ki, hazırda 3 596 qeyri-dövlət sektorunda mövcud olan müəssisə və təşkilatda həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir.

Tarix
2016.08.22 / 11:21
Müəllif
Axar.az
Digər xəbərlər

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla