Yuxarı

Pensiyanız nə qədər artıb? - Belə hesablayın

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiyanız nə qədər artıb? - Belə hesablayın

Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı. Qanunvericiliyə əsasən, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Bu zaman indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil edilərək artım hesablanır.

Axar.az xəbər verir ki, bu sözləri deputat, iqtisadçı Vüqar Bayramov qeyd edib.

"Artımın hesablanması formulası belədir: Pensiya məbləği X İndeksasiya faizi = Artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaşımız üçün artım faizi belə hesablanacaq: 550 manat X 9.3% = 51.15 manat. Yəni, vətəndaşımızın pensiya məbləği artımdan sonra 601.15 manat olacaq. Və ya 400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır: 400 manat X 9.3% = 37.2 manat. Bu halda yeni pensiya məbləği 437.2 manat olacaq. Yəni, məbləğindən asılı olmayaraq, hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq.

İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq, əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq", - o bildirib.

Tarix
2026.02.10 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

Sabir Rüstəmxanlı və xanımı PA-da - Görüş keçirildi

Britaniyanın yeni səfiri Bakıda - Video

Dünya liderləri İlham Əliyevi təbrik edir

Kənd təsərrüfatı məhsulları ucuzlaşacaq?

İlham Əliyev Kavelaşvilini təbrik etdi

Milli Məclisin iclası başladı

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

AXC-nin yaradılması dövlətçilik tariximizdə... - Deputat

Azərbaycanda iki rəis vəzifəsindən azad olundu

Azərbaycanla Rusiya diplomatları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla