Yuxarı

Bakıya 30 min turist gələcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya 30 min turist gələcək

Yay tətili ərzində və Qurban bayramı dövründə Fars körfəzi ölkələrindən Azərbaycana 30 min turistin gələcəyi gözlənilir.

Report xəbər verir ki, bu barədə "Arabian Gazette" nəşrinə açıqlamasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin BƏƏ-dəki nümayəndəsi Raşil əl-Nuri bildirib.

O, Azərbaycana Körfəz ölkələrindən gələn turistlərin sayında artım olmasının Prezident İlham Əliyevin bu regiondan gələn turistlər üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı strateji qərarının nəticəsi olduğunu qeyd edib.

"Bu qərar qəbul edilən zaman Azərbaycanın ərəb turistlər üçün populyar turistik istiqamətlərdən biri olacağını bilirdim. Qarşımıza ərəb ölkələrinin vətəndaşları üçün Azərbaycanın gözəl istiqamət olmasını təşviq etmək vəzifəsi qoyulmuşdu. Bu işlə məmnuniyyətlə və Azərbaycan rəhbərliyinin dəstəyi ilə məşğul olduq və görürük ki, istəyimizə nail ola bilmişik", - deyə o bildirib.

Tarix
2016.08.23 / 15:34
Müəllif
Axar.az
Digər xəbərlər

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla