Yuxarı

Mehdiyevin Rusiyaya zəng edərək danışdığı qadın kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevin Rusiyaya zəng edərək danışdığı qadın kimdir?

Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün yaydığı video materialda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin naməlum bir qadınla telefon danışığının fraqmenti var.

Söhbət zamanı Ramiz Mehdiyev qadından Azərbaycanda “dövlət idarəetmə sistemində dəyişiklik”lə bağlı – faktiki olaraq, dövlət çevrilişindən sonrakı idarəetmə modelinə dair hazırladığı məktubu kimlərəsə ötürmək üçün məsləhət istəyir.

Video fraqmentdə qadının şəxsiyyəti açıqlanmayıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu qadın Rusiya Elmlər Akademiyasında (REA) çalışır və R.Mehdiyevin Rusiya təhlükəsizlik orqanları ilə təmaslarında vasitəçilik edib. Mənbə bildirib ki, Mehdiyev AMEA prezidenti olduğu dövrdə (2019-2022) Rusiyadakı kuratorları ilə məhz təhlükəsizlik orqanlarının REA-dakı agenturası vasitəsilə əlaqə saxlayıb.

Qeyd edək ki, Ramiz Mehdiyev 2022-ci il fevralın 19-da AMEA prezidenti vəzifəsindən azad edilib. Bu hadisədən cəmi 3 ay əvvəl - 2021-ci il noyabrın 25–26-da o, Bakıda Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətini qarşılayıb. Mehdiyev qonaqları Heydər Əliyev Beynəlxalq Hava Limanında şəxsən qarşılayıb, AMEA-da keçirilən görüşdə isə ona REA-nın xatirə medalı təqdim olunub.

Rusiya kəşfiyyat orqanlarının (xüsusilə FSB-nin) Rusiya Elmlər Akademiyasında və digər elmi müəssisələrdə güclü nəzarət mexanizmləri və agentura şəbəkəsi saxlaması faktı beynəlxalq media və araşdırmalarda dəfələrlə qeyd olunub. Bu sistem SSRİ dövründən qalıb və bəzən kəşfiyyat əməkdaşları REA-da “məsləhətçi” və ya “ekspert” kimi fəaliyyət göstərir. Mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyevin əlaqə saxladığı qadın da məhz belə “ekspert”lərdən biridir.

Həmin şəxsin şəxsiyyəti məlum olsa da, istintaq maraqlarına görə hələlik açıqlanmır.

Dövlət Təhlükəsizliyi Xidməti bu gün Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayıb.

Tarix
2026.02.12 / 16:56
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla