Yuxarı

Qurban Qurbanov uğurun əsas şərtlərindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban Qurbanov uğurun əsas şərtlərindən danışdı

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov və komandanın üzvləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Məmmədrəhim Nəcəfov qonaqlara ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, qida təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, sağlam qidalanmanın təşviq edilməsi Agentliyin əsas prioritet istiqamətlərdən biridir.

AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev bildirib ki, Azərbaycanda sağlam həyat tərzinin təbliği istiqamətində genişmiqyaslı maarifləndirmə kampaniyaları həyata keçirilir. Həmin kampaniyalarda "Qarabağ" futbol klubunun üzvləri də fəal iştirak edərək təşəbbüslərə dəstək göstərirlər.

Qurban Qurbanov isə vurğulayıb ki, idmanda uğurun əsas şərtlərindən biri də xüsusilə futbolçular üçün sağlam və balanslı qidalanmadır. Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu məsələyə daim xüsusi diqqət və məsuliyyətlə yanaşır. Futbolçuların qidalanmasına nəzarət edən həkim-diyetoloq AQTİ-nin mütəxəssisidir. Bu peşəkar dəstək idmançıların sağlamlığının qorunmasına, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə və meydanda daha yüksək nəticələr əldə etməsinə mühüm töhfə verir.

Görüş çərçivəsində gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan layihələr ətraflı müzakirə olunub, qarşıdakı oyunlara hazırlıq prosesi və futbolçuların qidalanma məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. "Qarabağ" futbol klubuna növbəti oyunlarda uğurlar və qələbələr arzulanıb.

Sonda Qurban Qurbanov və komanda üzvləri İnstitutun Analitik Ekspertiza Mərkəzinin laboratoriyaları ilə tanış olub, burada aparılan müayinə və tədqiqat prosesləri barədə məlumat əldə ediblər.

Tarix
2026.02.12 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla