Yuxarı

Bakıda tıxaca səbəb olan sürücülər... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda tıxaca səbəb olan sürücülər... - Video

Yol hərəkəti qaydalarına ciddi riayət edilməsi həm iştirakçıların təhlükəsizliyinin qorunması, həm də nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin təmin olunması baxımından müstəsna rol oynayır.

Bu barədə Axar.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat daxil olub.

"Aparılan təhlillər və müşahidələr təsdiq edir ki, xüsusən paytaxt ərazisindəki yollarda sürücülərin avtomobilləri qadağan olunmuş ərazilərdə, o cümlədən yolun ikinci hərəkət zolağında saxlaması hallarına sıx rast gəlinir. Nümayiş olunan bu cür intizamsızlıq yolun müəyyən hissəsində süni sıxlığın formalaşmasına, hərəkət intensivliyinin aşağı düşməsinə, nəqliyyat axınının ləngiməsinə və yekun olaraq tıxacların meydana gəlməsinə zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə təkrar müraciət edir: Nəqliyyat vasitələrinin dayanması və durması prosesi yalnız buna icazə verilən yerlərdə reallaşdırılmalıdır.

Yadda saxlayaq ki, yollarda təhlükəsizliyin təmin olunması hər birimizin ortaq məsuliyyətidir!" - məlumatda qeyd edilib.

Tarix
2026.02.13 / 09:22
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla